"Yenimeydan.info" xarici İslam saytlarına istinadla xəbər verir ki, tanınmış müasir İslam ruhanisi Əli Əs-Sələbi gerçək müsəmanla ekstremistin 3 əsas fərqini göstərib:
“- Gerçək müsəlman öz imanından narahatdır, ekstremist isə başqalarının;
- Gerçək müsəlman özünü və ətrafdakıları Cənnətə yönləndirməyə çalışır, ekstremist isə başqalarının Cəhənnəmə düşəcəyinə əsaslar arayır;
- Gerçək müsəlman başqalarının səhvlərini bağışlamağa imkan axtarır, ekstremist isə ətrafdakıların səhv və çatışmazlıqlarını tapmağa çalışır ki, onlara qarşı ittiham irəli sürsün”.
Xatırladaq ki, məşhur liviyalı ruhani Əli Əs-Sələbi İslam əxlaqı və tarixi ilə bağlı bir çox əsərlərin, o cümlədən 4 ədalətli xəlifənin həyatı barədə kitabın müəllifidir.