Ötən gün Ombudsman Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri dəyişib. Müvafiq qərarla bu vəzifəyə Nəcəf Tağıyev təyin olunub.
Ombudsman Aparatınındakı dəyişikliklər hansı yeniliklərə səbəb olacaq?
Nəcəf Tağıyev Modern.az-a bildirib ki, İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun gələcək planları ilə bağlı yaxın günlərdə məlumat veriləcək.
“Ombudsman aparatı fəaliyyətini əvvəlki kimi davam etdirəcək. Bizim internet səhifəmiz var, bu bir yenilikdir. Bütün qurumlarlarda mətbuatla ara-sıra problemlər ortaya çıxır. Ombudsman aparatı ilə mətbuatın münasibətlərini daha da yaxşılaşdırmaq üçün işlər görəcəyik”.