Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Qəbul imtahanlarının tarixləri və tarifləri müəyyənləşdirilir - AÇIQLAMA

Qəbul imtahanlarının tarixləri və tarifləri müəyyənləşdirilir - AÇIQLAMA


YeniMeydan: Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib.



 Mərkəzin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iclasda “2016/2017-ci tədris ili üçün Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələri haqqında Hesabat”ın təqdim olunması, imtahanların ilkin qrafiki, ali məktəblərə qəbul qaydaları, IX sinif üzrə buraxılış imtahanlarının I mərhələsinin formaları, yanvarın 28-də vergi orqanlarına işə qəbulla bağlı keçirilən test imtahanlarının nəticələri müzakirə olunub. 



Birinci məsələ ilə bağlı DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qeyd edib ki, hazırkı hesabat Azərbaycan Prezidentinə təqdim edilməzdən əvvəl tanış olub rəy bildirilməsi üçün şura üzvlərinin diqqətinə çatdırılır. Onun sözlərinə görə, hesabat daha geniş formatda Təhsil Nazirliyinə göndəriləcək. İctimaiyyət üçün isə “Abituriyent” jurnalının 12-ci sayı disk şəklində istifadəyə veriləcək.



 



Direktorlar Şurasının sədri bildirib ki, imtahanların ilkin qrafikində yalnız buraxılış və qəbul imtahanlarının tarixləri əks olunub: "Çünki bu imtahanların vaxtları tədris ilinin müddəti ilə sıx əlaqədədir və ötən illər bu dövrdə biz qrafiki artıq elan etmişdik. Lakin hazırda tariflərin müəyyən edilməsi ilə bağlı hüquqi məsələlərin həll olunması istiqamətində işlər aparılır. Bu istiqamətdə görülən işlər başa çatdırıldıqdan sonra qrafikin elan olunması və müəyyən tədbirlərin-sınaq imtahanları, sənəd qəbulu və s. başlanması mümkün olacaq. Dövlət qulluğuna qəbulla bağlı imtahanların da planlaşdırılması həmin məsələlərə görə hələ ki, təxirə salınır”.



 



Gündəlikdə duran növbəti məsələ ilə bağlı məruzə olunub ki, ali məktəblərin bakalavriat və magistratura səviyyələrinə, rezidenturaya və kolleclərə qəbul qaydaları DİM tərəfindən rəy bildirilməsi üçün Təhsil və Ədliyyə nazirliklərinə göndərilib və həmin nazirliklərin rəyləri ilə birlikdə Nazirlər Kabinetinə təqdim olunub. İclas iştirakçıları ətraflı şəkildə adı çəkilən nazirliklərin rəylərini müzakirə ediblər.



 



IX sinif üzrə buraxılış imtahanlarının formaları (nümunələri) - sual vərəqi, cavab kartı və inşa üçün yazı vərəqi şura üzvlərinin diqqətinə çatdırılıb. Qeyd olunub ki, bu formalar DİM-in xüsusi mətbəə proqram təminatı vasitəsilə hər bir şagird üçün fərdi şəkildə çap olunacaq və təhlükəsizliyi barkodla qorunacaq. Mövcud qaydalara görə essenin (inşa) yazılması fərqlənmə attestatına namizədlər üçün mütləqdir, bu şagirdlər haqqında əvvəldən Şagird-məzun sistemində qeydiyyat aparılacaq, və bu şagirdlər üçün imtahan müddəti fərqli olduğuna görə onlar imtahan zamanı ayrı otaqlarda otuzdurulacaq.



 



Sonda iclas iştirakçılarının nəzərinə ümumi təhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün nəşr edilən RİYAZİYYAT fənni üzrə vəsait təqdim edilib. Qeyd olunub ki, vəsait buraxılış imtahanlarına hazırlaşan IX və XI sinif şagirdləri, eləcə də qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün etibarlı mənbədir. Vəsaitin birinci hissəsində yeni təhsil proqramı (kurikulum) və dərsliyə əsaslanan qiymətləndirmə tapşırıqları, ikinci hissəsində isə qapalı (çoxseçimli) və açıq tipli test tapşırıqları dərc edilib.


Teqlər:
Bu xəbər cəmi 3625 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR