YeniMeydan.info: Mənim də təklifim belədir ki, intihar halları ilə bağlı xəbərləri vermək istəməyən redaktorlar işlədikləri və ya işlətdikləri qəzeti, saytı bağlasın və gedib başqa işlə məşğul olsun".
Bu sözləri Sherg.az-a bəzi baş redaktorun "İntihar hallarına dair xəbərlər mətbuatda dərc olunmasın" təklifinə münasibət bildirərkən "Ayna" – "Zerkalo" qəzetlərinin baş redaktoru Elçin Şıxlı deyib. O qeyd edib ki, hər hansı xoşagəlməz bir hadisə haqqında xəbəri verməməklə həmin problemi həll etmiş olmuruq:
" Biz o xəbərləri verməsək belə, intihar halları yoxa çıxmayacaq. Ölkənin baş psixatrı, iqtisadçıları və idarəçiləri var. Onlar araşdırma aparsın. Lazımı bir qrup toplasınlar, həmin qrup da intihar hallarının səbəblərini araşdırsın. Hər bir intihar hadisəsindən sonra, bizim hüquq mühafizə orqanları o hadisənin səbəblərini araşdırır. İntihar həddinə çatdırma halları varsa, kimisə intihara həddinə çatdıran mühakimə olunur. O adamı tutub, araşdırma aparırlar və lazımı tədbirlər görürlər. Mənə elə gəlir ki, öncə insanları intihar həddinə çatdıran səbəbləri araşdırılmalıdır.
O səbəbləri aradan qaldırmağa çalışmalıdırlar. Yoxsa, xəbər verməməklə bir şey alınmır. Jurnalistika xəbər verməklə məşğul olmalıdır. Böyük əksəriyyət sosial -iqtisadi çətinlikdən və bank kreditlərinin içərisində itib- batdığına görə, bu yola əl atır. Yəni pulsuz adamın psixikasında sapmalar əmələ gəlir. Mən bunu ilk baxışdan söyləyirəm. Amma bunun mütəxisləri olmalıdır. Onlar əsas səbəbləri tapmalı və aidiyyatı qurumlar da ona müvafiq işlər görməlidir".
Qeyd edək ki, son günlər intihar hadisələri ilə bağlı xəbərlərin mətbuatda dərc olunmaması məsələsi gündəmə gəlib.