Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

HEÇ OLMASA, SABAH SİQARET ÇƏKMƏYƏK...

HEÇ OLMASA, SABAH SİQARET ÇƏKMƏYƏK...
Bu gün Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və USAİD tərəfindən maliyyələşdirilən Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsi (AZ-SHİP) “31 may – Ümumdünya Tütünsüz Günü”nə həsr olunmuş tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən AZ-SHİP layihəsi rəhbərinin müavini vəzifəsini müvəqqəti icra edən Ayla Ələsgərova bildirib ki, 1988-ci ildən Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 31 may bütün dünyada “Ümumdünya Tütünsüz Günü” kimi qeyd olunur. Onun sözlərinə görə, bu il “31 may Ümumdünya Tütünsüz Günü”nün mövzusu “Tütün kompaniyalarının tütünün satışını və sponsorluğunu stimullaşdıran reklamlarına qadağa”dır. Tütündən istifadə dünyada səkkiz əsas ölüm səbəbindən altısına dair risk faktorudur. İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev isə çıxışında qeyd edib ki, tütün dünyada qarşısı alına bilən əsas ölüm səbəblərindəndir. Onun sözlərinə görə, ölkədə aparılmış bir sıra tədqiqatlar isə 50%-ə qədər kişinin siqaret çəkdiyini müəyyən edir. T. Musayev vurğulayıb ki, İSİM həmçinin bir sıra təşkilatların dəstəyi ilə, eləcə də USAİD tərəfindən maliyyələşdirilən Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsinin maliyyə və texniki dəstəyi ilə hazırlanan Qeyri-infeksion xəstəliklərin qarşısının alınması və nəzarəti üzrə Milli Strategiyanın layihəsini (2013-2020) 2013-cü ilin aprelində müzakirəyə çıxarıb. Tütün çəkmə ilə mübarizə həmin strategiyada da öz əksini tapıb.

Teqlər:
Bu xəbər cəmi 1855 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR