2018-ci ildə cüdo üzrə dünya çempionatı Bakıda keçiriləcək.
Goal.az xəbər verir ki, bunu Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidentiMarius Vizer Bakıda jurnalistlərə açıqlamasında deyib.
M.Vizer İJF-nin hakimlər və məşqçilər təşkil etdiyi beynəlxalq seminarından danışıb: "Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayevlə birgə bu cür seminar təşkil etdiyimizə görə böyük qürur hissi keçirirəm. Seminarda 100 ölkədən 400-ə yaxın iştirakçı var. Qaydalarda bəzi dəyişikliklər etmişik. Cüdonu daha sadələşdirmək və cəlbedici etmək, bir az dinamik idman növünə çevimək üçün bu cür addım atmışıq. Azərbaycan dövlətinə, SOCAR-ın bizimlə birgə işləməsinə görə, minnətdarlığımı bildirirəm. Azərbaycana da cüdoya köməyə görə, təşəkkür edirəm".
Seminar iki gün davam edəcək.