21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Türkiyə toplanışındakı rəqiblərindən biri bəlli olub.
Apasport.az xəbər verir ki, Yaşar Vahabzadənin yetirmələri Antalya hazırlığı çərçivəsində Almaniyanın "Rot-Vayss" klubu ilə görüşəcək.
Erfurt təmsilçisi ilə matç yanvarın 12-də baş tutacaq. Matç Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Qeyd edək ki, Erfurt təmsilçisi Almaniyanın 3-cü liqasında çıxış edir.