"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "Burnley" ilə oyundan sonra məşqçilik karyerasını başa vurmaq üçün zamanın az qaldığını bildirmişdi. 45 yaşlı mütəxəssis növbəti 3-4 ili "Siti"də keçirəcəyini demişdi.
Goal.az xəbər verir ki, onun sözlərinə tanınmış məşqçi Fabio Kapello münasibət bildirib.
"Qvardiola nəsə fikirləşib. Məncə, bir vaxt "Barselona"ya qayıdıb klubun prezidenti olacaq. Onun irəli sürdüyü oyun tərzini rəqiblər yaxşı öyrəniblər və nə etmək lazım olduğunu bilirlər. Bəlkə də, buna görə Qvardiola gələcək barədə düşünməli olub".