İspaniya La Liqasında mübarizə aparan "Atletik" klubu hücumçusu Arits Adurislə yeni müqavilə imzalayıb.
Goal.az xəbər verir ki, 35 yaşlı futbolçuyla müqavilənin müddəti 2018-ci il iyunun 30-na kimi uzadılıb. Futbolçunun sərbəst qalma qimətini 40 milyon avrodur.
Qeyd edək ki, İspaniya millisinin üzvü olan Aduris 2012-ci ildən çıxış etdiyi "Atletik"də 201 oyunda 108 qol vurub.