Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Şair Qabilin oğlu Bakının meri olacaq!

Şair Qabilin oğlu Bakının meri olacaq!
Mahir Qabiloğlu


Mən  Nəqliyyat nazirliyinin mətbiat xidmətinin rəhbərinə qibtə edirəm. Söz vermişəm ki, vəzifəyə getsəm, onu hökmən ələ keçirdəcəyəm. Nəyin bahasına olursa olsun. Nə oldu irəli onu verirlər.



Mən Namiq Həsənovu “Lider” telekanalından yaxşı tanıyıram. Çox qəribə adamdır. Sanki atalar misalını əzbərləyib: “Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş”. İndi bu sözümü oxusa, yanıb töküləcək. Deyəcək ki, “Mahir, yox! Misalı dəyişək. Mən “Əkəndə yox, biçəndə yox, yeyəndə yox” ortaq qardaşam”.



Amma Hacıbala Abutalıbov haqqında mətbuatda gedən bu cümlələri oxuyanda məəttəl qaldım. Bu məlumatı Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti yox, kakoy to sayt yaymışdı, bəzi “özündənrazı” portallar və “bərkgedən” qəzetlər də bunu tirajlamışdılar:



“Bilirəm ki, tezliklə sizdən kimsə mənim yerimdə əyləşəcək. Arzum budur ki, məndən sonra başçı təyin olunacaq şəxsin yanına gedəndə məni ən azından qəbul etsin”, – deyə guya, Hacıbala Abutalıbov bildirib.



Bir anlıq fikrimdə canlandırdım. Hacıbala Abutalıbov vəzifədən gedir. Yerinə görəsən kim gəlir? Müraciət etdiyi zalda oturanlardan hansı şanslıdır? Göz önümə birinci Nərimanov rayonunun icra başçısı Abdin Fərzəliyev gəldi. Dostumuzdur. Qardaşımızdır. “Ələsgərin xələtin” də artıqlamasıyla verir. Birdən şübhə etdim. Allah göstərməsin,  birdən Qaradağın başçısı Süleyman olar haaa..  Onunla danışmaq mümkün deyil. Boksyordur. Kəmaləddin də arxasında durub. Bəs Nizaminin başçısı Tahir Budaqov? İnanmıram. Səbaildən Asif? İnanmıram. İbrahim Mehdiyevdirmi? On bir rayonun hamısını bir-bir gözümün önündən keçirdim. Bütövlükdə götürəndə hamısı layiqdir. Prezident bu vəzifəyə layiq görübsə, mənim ağzım nədir

 Özümə baxdım. Demə mən də layiqmişəm. Axı, köklücə bakılıyam. Çisto krovnı qədeş. Bir an fikirləşdim. Prezidentin sağ əli çiynimdə olsa, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı işləməyə nə var ki? Amma yenidən reallığa qayıtdım.Mən bu fikirlərə niyə düşdüm ki? Hacıbala Abutalıbovun bircə cümləsinə görəmi:

“Bilirəm ki, tezliklə sizdən kimsə mənim yerimdə əyləşəcək. Arzum budur ki, məndən sonra başçı təyin olunacaq şəxsin yanına gedəndə məni ən azından qəbul etsin”.



Zəng elədim, araşdırdım, dostlardan öyrəndim. Allah sizi güldürsün, məzəniz olsun, sən demə Hacıbala müəllim bu sözü “Gül bayramı”nda fərqlənən balaca uşaqlara deyibmiş. Bizim bəzi “bərkgedən” media orqanlarımız da bunu şişirdib, ictimaiyyətə belə sırıyıb ki, guya, cənab Abutalıbov həmin sözləri meriyada keçirdiyi müşavirədə Bakı rayonlarının icra başçılarına söyləyib. Pısım yatdı. O vaxta nəvəm Qabil yekə kişi olar yəqin.



Hacıbala müəllim, vəzifəniz yiyəsinə qismət. Mən pəs. Mətbuat xidmətinizə isə - şəkililər demişkən “quzu kəsim”.


Teqlər:
Bu xəbər cəmi 2900 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR