İranın komandaları və idmançılarına Türkiyəyə getmək qadağa qoyulub.
Apasport.az xəbər verir ki, İran İdman Nazirliyi federasiya rəhbərliklərinə bununla bağlı rəsmi təlimat verib.
Nazirlik bu qadağanı Türkiyədəki hazırkı vəziyyət və yerli komandalar, eləcə də idmançıların təhlükəsizliyini qorumaq niyyəti ilə əlaqələndirib.
Nazirlik bu qadağanı aradan qaldıracağı tarixdən etibarən, yerli komandalar və idmançılar Türkiyəyə yollana biləcəklər.
Məlumatı İRNA-ya açıqlamasında İranın Ankaradakı səfirliyindən də təsdiqləyiblər.