Azərbaycan Kubokunun bombardirləri siyahısında dəyişiklik baş verib.
Apasport.az xəbər verir ki, 1/4 final mərhələsinin ilk oyunlarından sonra turnirin ən məhsuldar futbolçuları siyahısında say üçə çatıb.
Belə ki, hərəyə 3 qol vuran üç oyunçu digərlərini arxada qoyub. Bunlardan biri - Jonas Pesalli "Zirə" ilə dünənki qarşılaşmada het-trikə imza atması sayəsində zirvəyə şərik olub.
Digər iki bombardir isə 1/8 final mərhələsində dubl müəllifi olub, son matçında daha bir dəfə fərqlənənlərdir. Bunlar "Qarabağ"ın afrikalı legioneri Dino Ndlovu və "İnter"li Rauf Əliyevdir.