Braziliyanın "İnternacional" klubunun tarixində ilk yaşanıb.
Goal.az xəbər verir ki, 107 yaşlı klub tarixində ilk dəfə aşağı liqaya yuvarlanıb. "İnternacional" A Seriyasının son turuna qədər liqada qalmaq şansını saxlayıb. Ancaq son turda "Fluminense"ni məğlub edə bilməyən komandanın aşağı liqaya yuvalanması rəsmiləşib.
Qeyd edək ki, "İnternacional"la yanaşı "Figueirense", "Santa Kruz" və "Amerika Mineiro" komandaları da aşağı liqaya eniş ediblər.
Əlavə edək ki, Braziliyada bu mövsümün qalibi 22 illik fasilədən sonra "Palmeiras" klubu olub.