AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.
Goal.az xəbər verir ki, iclasda "Təhsil" Respublika İdman Mərkəzinin məşqçi Tural Kərimovla bağlı müraciətinə və "İnter" PİK-in U-17 komandasının futbolçusu Riyad Abbaszadənin müraciətinə baxılıb. Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. AFFA-nın İntizam Komitəsinin "Təhsil" Respublika İdman Mərkəzinin məşqçisi Tural Kərimovla bağlı çıxardığı qərar qüvvədə saxlanılsın.
2. "İnter" PİK-in U-17 komandasının futbolçusu Riyad Abbaszadə barədə İntizam Komitəsinin qəbul etdiyi qərar qismən dəyişdirilsin. Futbolçu intizam tədbiri olaraq 6 aylıq sınaq müddəti təyin olunmaqla verilmiş cəzadan azad olunsun. 6 aylıq sınaq müddəti ərzində futbolçu Riyad Abbaszadə analoji hərəkətlərə yol verəcəyi təqdirdə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.