Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Hansı müğənnilər toya dollarla gedir? - “Deputatın pulunu saymırıq ki... “

Hansı müğənnilər toya dollarla gedir? - “Deputatın pulunu saymırıq ki... “


Millət vəkili Çingiz Qənizadə Milli Məclisdə büdcə müzakirələri zamanı bir sıra müğənnilərin toylara dollarla getməsi məsələsini gündəmə gətirib.



Qafqazinfo” xəbər verir ki, çıxışında “qara bazar” probleminə toxunan deputat sənətçilərin məclislərə dollarla getməsinə etiraz edib:



“İş o yerə çatıb ki, hətta müğənnilərdən biri deyib ki, "biz toya dollarla gedirik". Milli valyutamız manatdırsa, niyə dollarla gedirlər? İstənilən halda biz manatın dəyərinin özünə qayıtmasına çalışmalıyıq”.



Qafqazinfo” dollarla bağlı məsələnin aktual olduğu bir vaxtda məşhurların hansı valyuta ilə toylara getməsini araşdırıb.



Apardığımız soruğunun nəticələrinə görə, müğənnilər xarici ölkələrdə toya dəvət olunarkən qonorarı dollarla tələb edirlər.





Faiq Ağayev



“Xarici valyuta ilə toylara gedən müğənnilərin kimliyindən xəbərsizəm. 96-97-ci illərdən toylara gedirəm. Təbii ki, qazancım milli valyuta ilə olur. Başqa ölkələrdə özəl tədbir və məclislərə gedəndə xarici valyuta ilə qonorar alırıq. Mən bildiyimə görə, Azərbaycanda xarici valyuta ilə toya gedən müğənni yoxdur”.





Könül Kərimova



“Hər şey bitdi, yeni mövzu ortaya atıldı. Allah toy nəsib etsə, manatla gedirik. İndi heç toy da yoxdu. Dollar var? Kimdə dollar var? Olsa, xəbərin edin”.





Nadir Qafarzadə



“İndi toy var ki? Ölkədə başqa problem yoxdu? Hər şey düzəlib, bir bu problem qalıb. Milli Məclisdə belə səsləndirirlər. Birinci böyük problemləri həll etmək lazımdır, daha sonra müğənniləri müzakirə etməlidirlər. Müğənninin özü bilər, istəyir manat, istəyir dollar, istəyirsə yapon puluyla toya gedər. Biz heç bir məmurun, deputatın pulunu saymırıq ki... Onlarda bizi müzakirə etməsinlər. Bizi xalq dolandırır. Onlar ciddi işlə məşğul olsunlar”.





Xatirə İslam



“Toy var ki, mən də valyuta deyəm? Fərqi yoxdur, kim nə versə razılaşırıq. Oxuyan çoxalır, toy azalır”.





Manaf Ağayev



“O qədər toy-toy dedilər, o toyu da qurutdular. Şou-biznesdə heç bir müğənni əvvəlki kimi toya getmir. Toya dəvət olanda da, yalnız dollarla danışırıq. Maddi məsələlərə əksər hallarda mən qarışmıram. Amma çalışıram ki, insanları da başa düşüm”.





Səməd Səmədov



“Toylardan manatla qonorar alıram. Ancaq əvvəlki kimi məclislərə getmirəm. Qiymət məsələsinə mən qarışmıram, prodüserim bu işə nəzarət edir. Ona da demişəm ki, yalnız manatla toya gedirik”.





Rəşad İlyasov



“Allah bərəkət versin. Bizim üçün fərqi yoxdur. İstəsələr, lap yapon yeni olsun”.





Günay İbrahimli



“Hər müğənninin standart toy qiyməti var. Əlbəttə, biz Azərbaycanda yaşayırıq, milli valyutamız da manatdır. Toy qiymətini manatla deyirik”.





Namiq Qaraçuxurlu



"Toya milli valyuta ilə gedirəm".





Səidə Sultan



“Toyu ev sahibi ilə dollarla danışmaq ayıb olar. Deyərlər ki, buna bax, dollar qalxıb deyə görməmişlik edir. Dövlətin əsas valyutası manatdır. Dollar manata qurban olsun ( gülür)”.





Elnarə Xəlilova



“Hər kəs bilir ki, mən toya nadir hallarda gedirəm. Çox yaxşı tanıdığım, qonaqlarına azdan-çoxdan bələd olduğum toylarda iştirak edirəm. Manatın dollara qarşı müqavimətini itirməsindən sonra toya getməmişəm. Amma gedərəmsə, milli valyutaya üstünlük verərəm. Çünki Amerikada toya getmirəm, Azərbaycanda gedirəm. Mən ümumiyyətlə ölkədaxili bütün alış-verişlərdə manata üstünlük verilməsinin tərəfdarıyam. Özümüz öz manatımızın dəyərini bilməliyik”.





Mənzurə Musayeva



“Təbii ki, manat dəyərdən düşür. Ancaq hamı bilir ki, mən toy danışığında maliyyənin miqdarını demirəm. Nə verirlərsə, min bərəkət deyirəm”.


Teqlər:
Bu xəbər cəmi 6135 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR