İspaniyanın klub səviyyəsində Avropadakı hegemonluğu davam edir.
Goal.az xəbər verir ki, Avrokuboklarda mübarizə aparan 7 ispan klubunun hamısı növbəti mərhələyə vəsiqə qazanıb. "Real Madrid", "Barselona", "Sevilya", "Atletiko" Çempionlar Liqası, "Atletik", "Selta Viqo" və "Villarreal" isə Avropa Liqasında pley-offa çıxıblar. Almaniya və İngiltərə 5, İtaliya və Fransa isə 4 klubla təmsil olunacaq.