"Qəbələ" ilə oyunda asan təslim olmayacağıq. "Maynts"ın növbəti mərhələ üçün şansları qalmasa da, biz motivasiyamızı itirməmişik".
Apasport.az xəbər verir ki, bu sözləri "Maynts"ın baş məşqçisi Martin Şmidtdeyib.
UEFA Avropa Liqasının qrup mərhələsinin son matçında öz meydanında təmsilçimiz "Qəbələ" ilə qarşılaşacaq almanların çalışdırıcısı oyundan əvvəl təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb.
"Bu qarşılaşma həm maddi, həm də alman futbolunun reytinqi baxımından olduqca önəmlidir. Bir neçə gənc oyunçuya şans verməyi düşünürəm, ancaq bu, o demək deyil ki, biz "Qəbələ"ni B və ya C komandası ilə məğlub etmək istəyirik. Unutmayaq ki, rəqibimiz öz çempionatlarında cəmi bir dəfə məğlub olub və hələ də yuxarı pillələrdə qərarlaşıb. Avroliqadakı bütün oyunlarında uduzsalar da, çox yaxşı oynadıqlarını bilirik. Əgər bu görüşdən qələbə ilə ayrılsaq, Bundesliqadakı Münhenqladbax "Borussiya"sı ilə oyuna da rahat hazırlaşa biləcəyik".