Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Dəniz bilir kimin qızıdır…” - Zülfiyyənin lüks evində müsahibə

“Dəniz bilir kimin qızıdır…” - Zülfiyyənin lüks evində müsahibə


Xalq artisti Zülfiyyə Xanbabayeva “Port Baku Magazine” jurnalına müsahibə verib. 

 



- Zülfiyyə Xanbabyevanın zövqünü formalaşdıran əsas məqamlar hansılardır və geyim tərzinizin əsasını nə təşkil edir?



- Mən hər zaman öz prinsiplərimə sadiqəm. Qara rəngi sevirəm və dəb dalınca heç zaman qaçmamışam. Coco Chanel demişkən “Dəb gedir, üslub qalır”- geyim tərzimin əsası məhz budur.



- Öz üslubunuzu necə xarakterizə edə bilərsiniz- dəbin hansı istiqaməti, hansı qoludur?



- Mənim üslubumu ilk növbədə xasiyyətim ifadə edir. Bir daha qeyd edim ki, dəb dalınca qaçmıram, dəb daim dəyişir. Mənim isə öz üslubum, xasiyyətimə və daxili aləmiməuyğun geyim tərzim var.



“Hamıya oxşar olmaq istəmədiyimə görə…”



- 90-cı, 2000-ci illərdə də geyim tərziniz dəyişməz olaraq qalıb, amma buna baxmayaraq siz daim ultra-dəbli görünmüsüz. Buna necə nail olursuz?



- Son zamanlar bu barədə özüm də düşünməyə başlamışam, özüm özümə təəcccüblənirəm ki, geyim tərzim çox da dəyişməyib. Hətta saçlarımda belə hər hansı dəyişikliklər etsəm də, sonda öz üslubumda qərarlaşıram. Bir az rənglərlə oynaya bilərəm, amma köklü dəyişikliklər etmirəm. Dəb aludəsi olmasam da, dəbdən də geri qalmıram. Sadəcə olaraq hesab edirəm ki, dəb dalınca qaçan insanların hamısı eyni tərzdə geyinir.



Hamıya oxşar olmaq istəmədiyimə görə bir elementi özümünküləşdirməyə çalışıram.Və, nəhayət, mən öz üslubuma sadiqəm. Qara rəng 90-cı illərdə də, bu gün də qarderobumda üstünlük təşkil edir. Dəb tendensiyalarını izləyirəm, amma sırf bu gün bu dəbdədir, bunu mütləq geyinməliyəm deyə,düşünmürəm.Hər hansı bir tədbirdə olanda fikir verirəm ki, hamının əlində eyni çanta, ayaqlarında eyni ayaqqabı.



Mən bunu etmək istəmirəm. Ola bilər ki, hər hansı brendin hal-hazırda dəbdə olan çantasını yox, tamamilə başqa birisini seçib, alıram və məndə həmin çantanı görəndə hamı heyranlıqla deyir: “Nə gözəl görsənir!”. Mən standartlardan qaçıram. Üslubuma olan sadiqliyimdən söz düşdüsə, deyə bilərəm ki, imici bir qədər dəyişə bilərəm, amma üslubu yox. 



“Geyimimlə bağlı səhvlərim olub”



- Səhnəyə, konsertə, müxtəlif tədbir və televiziya verilişlərinı nə geyinəcəyinizi özünüz seçirsiniz?



- Özümə inanmağımla bərabər zövqünə güvəndiyim insanlarla məsləhətləşməyi, bölüşməyi, müzakirə etməyi sevirəm. Bu məsləhətlər istədiyim bir şeyi əldə etmək üçün təkan ola bilər, daha çox qərarlı olmaq üçün , axı mən tərəzi bürcündənəm. Geyimimlə bağlı səhvlər də olub. Olub ki, hər hansı bir geyimlə efirə çıxmışam və qıraqdan özümə baxanda , bu geyimi seçməkdə səhv etdiyimi anlamışam. Daha səhvimi təkrarlamamışam. Stilistlərə müraciət barədə isə onu demək istərdim ki, yanımda hər zaman komandam var. Və hər kəsin məsləhətini dinləyib, öz zövqümə də inanıb bir qərara gəlmişəm.



- Sizin üçün şopinq nədir? Özünüzü şopoqolik adlandıra bilərsizinizmi?



- Bəli, mən şopoqolikam. Saatlarla alış-veriş edə bilərəm. Daha çox xarici ölkələrdə… Əhvalımı şopinqlə yaxşılaşdırıram. Hətta əvvələr mənə lazım olmayan şeyləri də alırdım. Bir dəfə bir məqalə oxumuşdum ki, “ Lazım olmayan şeyləri almaq özü də bir zövqsüzlükdür”. Və bu mənə dərs oldu. Düşündüm ki, axı mən zövqsüz deyiləm, niyə belə edirəm? Və zamanında bu vərdişimdən əl çəkdim.



“Hər bir qadın öz hiylələrindən istifadə etməlidir”



- Qarderobunuzda sevimli geyim hansıdır? Konsert və gündəlik obrazınızda nəyə üstünlük verirsiz?



- Qarderobumda dəyər verdiyim geyim pencəklər, dəri aksessuarlar, ayaqqabı və çantalardır. İstədiyim, ancaq bədən ölçülərimı görə geyinə bilmədiyim geyimlər var. Ona görə qarderobumda dah çox ayaqqabı və çantalara diqqət ayırıram.



Səhnə və gündəlik geyimlərə qaldıqda isə- hər bir tədbirin öz əhval-ruhiyyəsi, öz geyimi var. Çoxları düşünür ki, səhnə parıltı sevir. Əvvələr mən bununla qətiyyən razılaşmırdım. Amma son zamanlar parıltı geyimlər sevməyə başlamışam. Dəyişməyən bir şey varsa, o da üslubumdur. Sözsüz ki, gündəlik həyatda geyindiyim paltarları səhnəyə geyinmərəm. Müğənni tədbirə gələn tamaşaçılardan geyimi ilə fərqlənməlidir. Bu fərqlənməyə necə nail olduğumu hələ də anlaya bilmirəm.Düşünürəm ki, məndə sadəcə qüsurlarımı gizlətmək yaxşı alınır. Geyim təqdim etmək bacarığından çox şey asılıdır.





Bahalı paltarı geyinmək olar, amma bu o demık deyil ki, bununla sən gözəl görünəcəksən. Qiyməti baha olmayan geyimlə də, şıq görünmək olar, bud a özünü həmin geyimdə necə təqdim etməyindən asılıdır. Mənə çox yaraşan, amma onlarda özümü heç rahat hiss etmədiyim geyimlər var. Ancaq dözürəm. Ümumiyyətlə, özünə əziyyət vermək istəməyən qadınları anlamıram. Müəyyən qadın hiylələri var ki, məncə hər bir qadın o hiylələrindən istifadə etməlidir-təki estetik cəhətdən gözəl görünsün.



Gündəlik həyatda isə ən əsası rahatlığa üstünlük verirəm- sport yox, “casual” geyinirəm. Mən geyimimdə minimalism və rahatlığa üstünlük verirəm.



“Heç vaxt cins şalvar geyinmərəm”



- Zülfiyyə Xanbabayevanın heç vaxt geyinməyəcəyi bir geyim varmı?



- Cins şalvar və birdci. Düşünürəm ki, cins şalvarları yalnız gənclər və modellər geyinməlidir.



- Hazır, yoxsa fərdi tikilmiş paltarlar- siz daha çox nəyə üstünlük verirsiz və niyə?



- Hazır və dəyişiklik etmək mümkün olan geyimləri. Mənim üçün tikilmiş, evə gətirib bir dəfə əynimə geyindiyim paltarlarım olub. Hazır geyimdə özümü daha inamlı hiss edirəm.



“Qadın mütləq dikdabanda gəzməyi bacarmalıdır”



- Lüks brendlər, yoxsa kütləvi market? Uyğun olmayanları uyğunlaşdıra bilərsinizmi?



- İlk öncə insanın özü brend olmalıdır.Qadın mütləq dikdabanda gəzməyi bacarmalıdır. Mən dikdaban geyinməyi bacarmayan qadınları başa düşmürəm. Və bir insane əyninə “mass-market”ə aid olan bir paltar geyinə bilər və o paltarı brendə çevirə bilər. Bu, mübahisəli sualdır, əlbəttə ki. Biz- qadınlar brendləri sevirikş Çox paltar almaqdansa, bir geyim almaqla brendə üstünlük vermək daha yaxşıdır.



“Qadın zərifliyi ətəkdə olmağından asılı deyil”



- “Zövqsüz geyinsəniz, geyiminiz yadda qalacaq; qüsursuz geyinsəniz, özünüz yadda qalacaqsız”. Coco Chanel ilə razısınızmı? Geyim, üslub və dəb seçimindən asılı olmayaraq qadın zərif olmağı necə bacarmalıdır?



- Qadın zərifliyi ətək və ya şalvarda olmağından asılı deyil. O, ətəkdə özünü kobud apara, şalvarlı kostyumda isə cazibədar görünə bilər. Monika Beluççi kimi.



“Dəniz bilir kimin qızıdır…”



- Zövqünüz qızınızın zövqü ilə üst-üstə düşünrmü? Dənizin qarderobu necə formalaşır? O, sizin geyim seçiminizə və ümumiyyətlə “ulduz” olmağınıza necə yanaşır?



- Bəli, üstümə düşür. Dəniz bilir kimin qızıdır, amma onun üçün ilk növbədə anayam. Və o mənə etibar edir. Mən onun zövqünü körpəlikdən formalaşdırmağa başlamışam. Heç zaman düşünməmişəm ki, uşaq mütləq əlvan geyinməlidir. Dənizin qarderobunda qara rənglər də varş Artıq 9 yaşında olmağına baxmayaraq, hərdən Dəniz mənə hər hansı paltarı göstərəndə mən onun bir neçə geyimi uyğunlaşdırmağından anlayıram ki, artıq onun öz üslubu, zövqü formalaşıb. Uşaq olanda mənim zövqümü heç kim formalaşdırmayıb və mən bilmirəm bu məndə necə əmələ gəlib.



- Siz əsaslı şəkildə dəyişmək istərdinizmi? Bu baş versəydi, Zülfiyyə Xanbabayeva necə görünərdi?



- Mən dəyişmişəm, yalnız fotosessiyalarımda fərqlənirəm. Amma, buna baxmayaraq hər zaman özüm olaraq qalmışam. Düşünürəm ki, geyim xasiyyətdir.



- Zülfiyyə Xanbabyevadan dəbli tövsiyə…



- Heç kimi təkrarlamayın. Özünüz olun!



Elvin Elxan" href="http://www.qafqazinfo.az/etrafli-axtaris?search_word=Elvin+Elxan" _cke_saved_href="http://www.qafqazinfo.az/etrafli-axtaris?search_word=Elvin+Elxan" target="_blank">Elvin Elxan (Müsahibə jurnalın oktyabr buraxılışında dərc olunub)


Teqlər:
Bu xəbər cəmi 3760 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR