Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"SƏRDAR CƏLALOĞLU ŞARLATANLIQLA MƏŞĞULDUR"

“El” hərəkatının həmtəsisçisi Eldəniz Quliyev Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlunun ittihamlarına cavab verib. S.Cəlaloğlu onun Talış Muğan Respublikasının qurulmasına köməklik göstərdiyini və şoumenlik etdiyini bildirib. hafta.az-a açıqlamasında bildirib ki, ADP sədri yalan danışır: “Əlikram Hümbətovu tanımıram, heç vaxt da tanımamışam. Sərdar Cəlaloğlu məndən daha yaxşı bilir ki, Talış Muğan Respublikası yarananda mən Xocalıdan bəhs edən “Haray” filmini çəkirdim. O çox gözəl bilir ki, həmişə separatçılığın əleyhinə olmuşam, Azərbaycan mənafeyini mənim üçün hər şeydən üstündür. Sərdar Cəlaloğlu yalan dediyini özü də bilir. Onu qınamıram, qoy desin. Bu cür təfəkkürlə faşizmin banilərindən biri ola bilərəm. Sərdar Cəlaloğlu siyasi məzələnməklə məşğuldur, qoy məzələnsin”. E.Quliyev partiya sədrinin şoumenliklə bağlı iddiasını təsdiq edib: “Düz deyir. Mən heç vaxt özümü siyasətçi hesab etməmişəm, indi də belə düşünürəm. Sadəcə, siyasət o qədər sadə bir şey deyil ki, onu ancaq siyasilərin öhdəsinə buraxasan. Əgər Cəlaloğlu özünü siyasətçi hesab edirsə, böyük bir səhvdir. O siyasətlə yox, siyasi şarlatanlıqla məşğuldur. Hər ziyalı siyasətçi olmaya bilər, amma hər siyasətçi ziyalı olmağa çalışmalıdır. Çox təəssüf ki, Sərdar Cəlaloğlunda belə bir proses ümumiyyətlə, başlamayıb”. Qeyd edək ki, Sərdar Cəlaloğlu bildirib ki, Eldəniz Quliyev Talış Muğan Respublikasının qurulmasına köməklik göstərib: “Bu cür dövlət əhəmiyyətli strateji məsələlərdə buraxılan səhvləri təmizləmək olmur və Eldəniz Quliyev nə qədər çalışsa da, tarix qarşısında özünə haqq qazandıra bilməyəcək. Eldəniz Quliyev son illərə qədər şou fəaliyyətilə məşğul olub. Ömrünün əhəmiyyətli hissəsini şoumenliklə keçirən birisinin öz adını başqalarına qoyması gülünc səslənir. Hər halda mən siyasətdə nə qədər savadsız olsam da, Eldənizdən savadsız və təcrübəsiz ola bilmərəm”.

Teqlər:
Bu xəbər cəmi 2025 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR