Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakıda keçiriləcək Formula 1-in adı dəyişdirildi

Bakıda keçiriləcək Formula 1-in adı dəyişdirildi


Beynəlxalq Avtomobil Federasiyasının (FIA) 2017-ci il üçün açıqladığı Formula 1 dünya çempionatının təqvimində Bakıda keçiriləcək yarış Azərbaycan Qran-Prisi adlandırılıb və bu yarış 23-25 iyun 2017-ci il tarixlərində baş tutacaq.



Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Trend-ə verilən məlumata görə, Azərbaycan Qran-Prisi Formula 1 dünya çempionatının yenə də 8-ci mərhələsində yer alıb. Yarış tarixinin bir həftə sonraya keçirilməsində əsas məqsəd ötən yay eyni tarixdə baş tutan 24 saatlıq "Le Man" yarışı ilə üst-üstə düşməsinin qarşısını almaqdır.



Çempionat çərçivəsində növbəti ildə Qran-Pri yarışları 20 ölkədə keçiriləcək. FIA-nın açıqladığı yarış təqvimində Qran-Pri yarışlarının ardıcıllığı belədir:



24-26 mart - Avstraliya (Melburn)

7-9 aprel - Çin (Şanxay)

14-16 aprel - Bəhreyn (Bəhreyn)

28-30 aprel - Rusiya (Soçi)

12-14 may - İspaniya (Barselona)

26-28 may - Monako (Monte-Karlo)

9-11 iyun - Kanada (Monreal)

23-25 iyun - Azərbaycan (Bakı)

7-9 iyul - Avstriya (Şpilberq)

14-16 iyul - Böyük Britaniya (Silverston)

28-30 iyul - Macarıstan (Budapeşt)

25-27 avqust - Belçika (Spa-Frankorçamp)

1-3 sentyabr - İtaliya (Monza)

15-17 sentyabr - Sinqapur (Sinqapur)

29 sentyabr - 1 oktyabr - Malayziya (Sepanq)

6-8 oktyabr - Yaponiya (Suzuka)

20-22 oktyabr - ABŞ (Ostin)

27-29 oktyabr - Meksika (Mexiko)

10-12 noyabr - Braziliya (San Paolo)

24-26 noyabr - BƏƏ (Əbu Dabi)



Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai yarışın adının dəyişdirilməsinə aydınlıq gətirib: "Ötən il yarışın Avropa Qran-Prisi adlandırılmasında əsas məqsəd bütün dünyanın diqqətini Azərbaycanın Avropanın bir parçası olduğuna və ölkə ictimaiyyətinin sahib olduğu Avropa dəyərlərinə cəlb etmək idi. Biz yarışı yüksək səviyyədə keçirməklə və göstərdiyimiz qonaqpərvərliklə buna böyük uğurla nail olduq. Bu il yarışın adının dəyişdirilməsi üçün FIA-ya müraciət etdik. Müraciətimiz qəbul olundu və artıq növbəti ildən etibarən Bakıda keçiriləcək Formula 1 yarışı Azərbaycan Qran-Prisi adlanacaq. Bu qərarın qəbulundan çox məmnunuq və hesab edirik ki, bununla biz artıq ölkəmizin adını daha geniş ictimaiyyətə çatdıra biləcəyik, xüsusən də bundan sonra ölkəmizin adı hər yerdə Formula 1 ilə birgə hallanacaq".



Qeyd edək ki, gələn il Bakıda baş tutacaq növbəti Formula 1 yarışına biletlərin satışına 2 dekabr tarixindən etibarən başlanılacaq. İlk iki ay ərzində biletlər 30%-dək endirimli qiymətlərlə təklif olunacaq və daha sonra satış tam qiymətlər üzrə davam edəcək.


Teqlər:
Bu xəbər cəmi 1120 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR