"Mançester Yunayted" İngiltərə Liqa Kubokunun 1/4 finalında "Vest Hem Yunayted"ə 4:1 hesabıyla qalib gəldi.Goal.az xəbər verir ki, matçdan sonra "manikunianlar"ın baş məşqçisi Joze Mourinyo bunları deyib:
"Komanda hücum futbolu oynadı, epizodlardan yararlandı. Bu, məni sevindirir. Nəticədən razıyam. Evdə yaxşı oynayırıq. Buraxılan qoldan sonra komandanın özünə gəlməsi üçün vaxt lazım oldu. İkiinci hissədə özünəinam gücləndi. Fasilədə dedim ki, buraxılan qolu unutmaq lazımdır. Eyni tempdə davam etmək lazımdır".