Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki bu gün "Qarabağ" və "Qəbələ" komandaları arasında Premyer Liqanın XIII turu çərçivəsində keçiriləcək oyunla bağlı proqnoz verib.
Xorvatiyalı mütəxəssis meydan sahiblərinin minimal hesabla qalib gələcəklərini bildirib.
"Obyektiv olsaq, "Qarabağ" daha yüksək keyfiyyətli yerli oyunçulara malikdir. Bu komandanın qalib gələcəyini əvvəlcədən deyə bilərəm. Hesab? Qoy, 1:0 olsun".
Qeyd edək ki, "Azərsun Arena"da təşkil olunacaq qarşılaşma saat 19:00-da başlanacaq. (“Report”)