İtaliya A seriyasının XIV turunda "Cenoa"ya səfərdə məğlub olan "Yuventus", eyni zamanda iki aparıcı futbolçusunu itirib.
Milli.Az xəbər verir ki, müdafiəçilər Leonardo Bonuççi və Dieqo Alveşsıradan çıxıblar.
Bonuççi 33-cü, Alveş isə 79-cu dəqiqədə zədələndiyi üçün mübarizəni davam etdirə bilməyib. İtaliyalıdan fərqli, Braziliya millisinin üzvünün durumu ağırdı. İlkin tibbi müayinədən sonra yayda "Barselona"dan alınan Alveşin sol baldır sümüyündə qırıq aşkarlanıb. Həkimlər 33 yaşlı oyunçunun ən azı 4 ay yaşıl meydanlardan uzaq qalacağını açıqlayıblar. Lakin hər iki oyunçu ilə bağlı yekun qərar bu gün MRT-dən keçdikdən sonra veriləcək.
Qeyd edək ki, "Cenoa"ya 1:3 hesabı ilə məğlub olan "Yuventus" 14 turdan sonra 33 xalla turnir cədvəlinə başçılıq edir.