"İnter" Avroliqanın qrup mərhələsində "Hapoel Ber Sheva" klubuna uduzmaqla (2:3) mübarizəni dayandırıb.
Milli.Az xəbər verir ki, matçdan sonra "nerazzurri"nin hücumçusu Mauro İkardifikirlərini klubun rəsmi saytına bildirib.
"Birinci hissədə meydanda əsl "İnter" vardı. İkinci hissəni unutmaq lazımdır. Xarakter göstərə bilmədik. Bizim üçün bəraət yoxdur. İlin sonuna az qalıb. Komanda isə hələ də lazımi nəticələr qazana bilmir. Hər şeyi düzəltmək üçün komanda kimi oynamalıyıq. Birinci hissəni 2 qol üstün olduğumuz oyunda məğlub olduq. Susub gərgin çalışmaq lazımdır".