Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakıda kanoe üzrə Avropa və dünya çempionatları keçirilə bilər

Bakıda kanoe üzrə Avropa və dünya çempionatları keçirilə bilər


"Qarşıdakı illərdə kanoe üzrə Avropa və dünya çempionatları da Bakıda keçirilə bilər".



Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) prezidenti Elçin Zeynalov deyib.



Beynəlxalq Kanoe Federasiyasının (ICF) Bakıda keçirilən XXXVI Konqresindən danışan E.Zeynalov bu iclasın AMAF-ın yubiley ili ilə üst-üstə düşdüyünü bildirib: "Federasiya 2006-cı ildə təsis olunub. Bu il 10 illiyi qeyd edirik. Bu Konqres də həmin 10 illiklə üst-üstə düşür. Konqresdə 87 ölkənin 200-dən artıq nümayəndəsi iştirak edir. Bu da çox əhəmiyyətli tədbirdir. Bəzi struktur dəyişiklikləri gözlənilir. Sabah ICF-nin yeni prezidenti də seçiləcək".



AMAF prezidenti Azərbaycanın gələcəkdə ICF-nin İcraiyyə Komitəsində təmsil oluna biləcəyini söyləyib: "Hər qitədən, o cümlədən Avropadan İcraiyyə Komitəsində 4 nümayəndə təmsil olunur. Azərbaycan da bu qitəyə aiddir. Gələcəkdə Azərbaycana İcraiyyə Komitəsində üzvlük təklifləri ola və ölkəmiz də təmsil oluna bilər. Amma hazırda bu gözlənilmir".



E.Zeynalovun sözlərinə görə, qarşıdakı illərdə kanoe üzrə Avropa və dünya çempionatları da Bakıda keçirilə bilər: "Keçən il "Bakı 2015" I Avropa Oyunlarında kayak və kanoe də təmsil olundu və bu növlər üzrə yarışlar Mingəçevirdə keçirildi. Amma dünya və Avropa çempionatlarını keçirmək üçün kanal lazımdır. Üstəlik, bu kanal Bakıda qurulmalıdır. Ölkəmizə çoxsaylı qonaqlar gəlir. Onların yerləşdirilməsi, asudə vaxtlarının təşkili lazımdır. Belə səbəblərdən, mənə elə gəlir ki, bu cür çempionatlar Bakıda keçirilməlidir. Bununla bağlı müəyyən işlər görülür. Çox şübhəsiz, Bakıda kanal yaradılsa, biz həm Avropa, həm də dünya çempionatı təşkil edə bilərik".



Qeyd edək ki, Bakıda bu gün işə başlayan ICF-nin XXXVI Konqresinə noyabrın 26-da yekun vurulacaq.


Teqlər:
Bu xəbər cəmi 1645 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR