UEFA-nın danışılmış oyunlarla bağlı AFFA-ya göndərdiyi məktubla bağlı araşdırmaların bəzi təfərrüatları açıqlanıb.
Milli.Az xəbər verir ki, danışılmış oyunlarda adları hallananlar I divizion təmsilçiləridir.
Siyahıda təxminən 10 qarşılaşma var. Onlardan biri "Göyəzən" - "Şahdağ" qarşılaşmasıdır. VII turun 1:1 hesabı ilə yekunlaşan görüşünün nəticəsinin öncədən razılaşdırıldığı üzə çıxıb.
Bu 2 klubdan başqa, "Rəvan", "Şərurspor" və "Energetik"in də adı danışılmış oyunlarda iştirakda hallanır. Bundan başqa, danışılmış oyunlarda rolu olan şəxslərlə bağlı araşdırmalar da aparılır ki, burada 24 futbolçu, 1 klub rəsmisi və 1 hakimin adı qara siyahıya düşüb.