Bakının "İnter" klubu Azərbaycan Premyer Liqasının 13-cü turunda "Zirə" ilə matça ciddi itki ilə çıxacaq.
Milli.Az xəbər verir ki, "bankirlər"in əsas heyət üzvü olan Tərlan Quliyevkomandasına kömək edə bilməyəcək. Müdafiəçi son turda AZAL-la oyunda cari çempionatda 4-cü sarı vərəqəsini alaraq cəzalı duruma düşüb.
Qeyd edək ki, "Zirə" - "İnter" matçı noyabrın 28-də baş tutacaq.