"Milan"ın 17 yaşlı qolkiperi Canluici Donnarumma "Yuventus"un onunla maraqlanmasına münasibət bildirib.
Milli.Az xəbər verir ki, gənc qapıçı Buffonla əlaqəsindən danışıb.
"Buffonla əla münasibətlərimiz var. O mənə məsləhətlər verir və qardaş kimi yanaşır. Buffonun hər davranışına fikir verməyə çalışıram. Ona çox minnətdaram. Hər kəs Cicinin varisi olduğumu deyir. İndi yalnız "Milan"ın oyunlarına köklənmişəm. Uşaqlıqdan azarkeşi olduğum bu klubun uğur qazanmasına çalışıram. Mən, onsuz da, top klubda oynayıram".