Türkiyəli məşhur aktyor Tamer Karadağlı ARB TV-nin "Türk şou-maqazin" verilişinə eksklüziv açıqlamalar verib.
Sevilən aktyor yeni çəkiləcəyi serial haqda danışıb:
"Yeni serial üzərində işləyirik. Sərt polis rolunda olacam. Həm sərtlik var, həm də sevgi. 1-2 aya da çəkilişlərə start verəcəyik. Mən də indidən fiziki olaraq o rola hazırlaşıram, saqqalımı da ona görə uzatmışam. İnşallah, yaxşı olacaq".
Tamer Karadağlı ailəsinin Azərbaycanla əlaqələrindən söz açıb:
"Mənim nənəm və babam azərbaycanlıdırlar. Onlar Azərbaycandan Türkiyəyə gəliblər. Nənəm Gəncədəndir. Azərbaycanla bağlı hər şey mənim üçün çox vacibdir, çünki atalarımın torpağıdır. Azərbaycanda da çəkildiyim serialların sevildiyini görmək çox xoşdur. Oradan kimsə gələndə çox sevinirəm".
Türkiyəli aktyor Azərbaycana gəlmək istədiyini də açıqlayıb:
"Mənim əmimin oğlu 3 il Bakıda yaşadı. Amma mən Azərbaycana heç gedə bilmədim. Ən yaxın zamanda sizin ölkəyə gələcəm. Qohumlarım arasında Azərbaycan adını hissə-hissə daşıyan var. Qohumumun birinin adı Azər, birinin Baycan, birinin də Arazdır".
Tamer Karadağlı bildirib ki, Azərbaycan yeməklərindən başqa yemək yemir:
"Azərbaycan yeməkləri ilə böyümüşəm. Azəri yeməkləri bir başqadır. Mənim anam azərbaycanlı deyil, amma 50 il o ailənin içində olduğu üçün bütün yeməkləri bişirməyi öyrənib. Sırf yemək üçün olsa belə, Azərbaycana gələcəm. Qohumlarım sizin kanalları izləyirlər, türkləri yox. Azərbaycan ləhcəsi ilə danışırlar. Mən də vərdiş olaraq "Çocuklar duymasın" serialında bəzi səhnələrdə Azərbaycan dilində danışmışam".
Aktyor daha sonra "Arzu qızım" mahnısını da oxuyub.
Tanınmış aktyor ailəsi ilə bağlı da açıqlama verib:
"Arzu mənim keçmiş həyat yoldaşımın adıdır həm də. 10 ildir ayrılmışıq. Amma görüşürük, çünki bir qızımız var. Onlar indi Ankarada yaşayırlar. Qızım Konservatoriyada dərslərə başlayıb. Qolumda qızımın adının döyməsi var, Zeyno yazdırmışam. Əslində, döymə sevən biri deyildim. 40 yaşımdan sonra döymə vurdurdum. İstədim ki, qızımın adı həmişə mənimlə olsun".