Son zamanlar ATU-nun yeni təyin olunmuş rektoru Gəray Gəraybəylinin qeyri-adi idarəçilik metodları ilə bağlı ölkə mətbuatında silsilə məlumatlar verilir.Gedən informasiyalarda yeni rektorun “islahatlar” adı altında həyata keçirdiyi tədbirlər universitetin müəllim və tələbə heyəti tərəfindən ciddi tənqid olunur. Gəray Gəraybəylinin idarəçiliyi qocaman təhsil ocağında xoşagəlməz halların yaşanmasina zəmin yaradır.Aparıcı vəzifələrə özünə yaxın olan amma,qeyri-peşəkar insanların təyin olunması universitetdə ciddi qarşıdurmalara səbəb olub.Kadr “islahatlarına” başlayan yeni rektorun tanınmış elm adamlarına və peşəkar həkimlərə qarşı həyata keçirdiyi səlib yürüşü onsuzda gərgin olan vəziyyəti daha da mürəkkəbləşdirir.Təcrübəli və peşəkar həkimlərin çalışdığı klinikalara naşı adamların rəhbər təyin olunması artıq öz acı bəhrəsini verməkdədir.Əldə etdiyimiz məlumatlara görə müxtəlif profilli klinikalara pasientlərin müraciət etməsi halları kəskin şəkildə aşağı düşüb.Mənbələr bu vəziyyətin məhz yeni rektorun həyata keçirdiyi “islahatların” məntiqi nəticəsi kimi dəyərləndirirlər. Bu günlərdə redaksiyamıza məlumat verən mənbənin açıqladığı informasiyalar bir daha sübut edir ki, Gəray Gəraybəyli barəsində gedən məlumatlardan nəticə çıxarmaq fikrində deyil. Əksinə analoqu olmayan addımlar atmaqla hamını təəccübləndirməkdə davam edir.Redaksiyamıza təqdim olunan şəkillərdən göründüyü kimi yeni rektor universitetin girişində yeni ixtiraya imza atmaq qərarına gəlib.Müəllim və tələbələrin giriş-çıxışında onlarin “təhlükəsizliyini təmin etmək məqsədilə” torlarla dəhliz yaradıb.Məqsəd isə universitetin binasının yuxarı hissəsindən qopub düşmək ehtimalı olan iri həcmli aqlay üzlüklərdən insanları qorumaqdır.Universitetin “başbilənləri” anlamırlar ki, çəkdikləri tor şəbəkəsi yuxardan düşəcək iri daş parçalarının qarşısını almaq gücündə deyil.Əgər belə bir hadisə baş verərsə xoşagəlməz halların qarşısını almaq mümkün olmayacaq.Binanın görünüşünə də ciddi xələl gətirən bu ideanın müəllifinin kim olması qaranlıq qalsa da hərhal da, yeni rektorun icazəsi olmadan bunun həyata keçrilməsi mümkünsüzdür.Deyəsən universitetin rəhbərliyinə gələn yeni şəxslər özləri üçün yeni qazanc mənbəyi də icad ediblər.Onlar universitetin ərazsində olan geniş meydançalardan avtomobil dayanacağı kimi də istifadə etmək qərarına gəliblər.Gün ərzində onlarla avtomobilin girib-çıxdığı dayanacaqlardan yığılan pullarin kimin cibinə getdiyi bəlli deyil.
Mətbuatda gedən informasiyalarda qeyd olunurdu ki, ATU-nun tələbə yataxanalarında da dözülməz şərait hökm sürür.Tələbələrlə etdiyimiz söhbətlər zamanı öyrənə bildik ki, yataxanaların isti su problemi öz həllini tapsa da gənc tələbələr bit-birələrdən və tarakanlardan hələ də qurtula bilməyiblər.Gələcəyin səhiyyə işçiləri antisanitariya şəraitində fədakarcasına təhsillərini davam etdirmək zorunda qalıblar.Görünür yeni rektorun qeyri peşəkar kadrları sadalanan problemlərin aradan qaldırılmasında aciz olduqlarının fərqindədirlər.Universitetdə sağlam mühitin formalaşmasına çalışmaq əvəzinə “agent” axtarışına çıxan Gəray Gəraybəyli və onun “kadrları” qiymətli vaxtlarını boşa xərclədiklərini anlamalıdırlar.
Redaksiyamıza daxil olan növbəti məlumat isə yəqin ki, çoxları üçün daha maraqlı olacaq.Söhbət yeni rektor Gəray Gəraybəylinin psixiatr olaraq vaxtilə müalicə etdiyi bir xəstənin başına açılan oyunlarla bağlıdır.Müalicəsinə külli miqdarda vəsait xərcləyən xəstənin sonradan xarici ölkələrdən birində müayinə olunarkən ona qoyulan səhv diaqnozun qurbanına çevrilməsi xəstənin öz dilindən sətrlərə köçürüləcək.Bundan sonra vətəndaşların nəyə görə öz səhiyyəmizə etibar etmədiyi daha bir faktla öz təsdiqini tapacaq. Bu məsələdə konkret şəxslərin ittiham olunduğunu nəzərə alaraq araşdırmalarımızı daha dəqiq və qərəzsiz aparmağa çalışacağıq.Qarşı tərəf kimi ATU-dan münasibət öyrənmək cəhdlərimiz həmişəki kimi uğursuzluqla nəticələndi.Buna baxmayaraq KİV haqqında qanuna əsasən yazıda adı çəkilən bütün şəxslərin qarşı tərəf kimi mövqeyini dərc etməyə hazırıq.