Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"Qarabağ"ın formasında çempionluq ulduzu və sponsorun loqosu niyə yoxdur?


"Qarabağ" futbol klubu oyun formalarında çempionluq sayını göstərən ulduzların və Azərbaycan Premyer Liqasının baş sponsoru Topaz-ın loqosunun nümayiş etdirilməməsinə aydınlıq gətirib.



Klubun baş meneceri Asif Əsgərov report-a açıqlamasında bunu çempionatı təşkil edən Peşəkar Futbol Liqasının Əsasnaməsində müvafiq bəndlərin yer almaması ilə izah edib.



"Loqoda əks olunan ulduzların xarici ölkələrdə önəmi var. Yerli federasiya bununla bağlı qərar qəbul edir, qanun qoyur, sən də əməl edirsən. Ancaq bizdə konkret hansısa qanuni tələb yoxdur. Əslində isə bu, yaxşı təcrübədir. Ulduza baxdıqda, klubun neçə dəfə çempion olduğunu rahatlıqla bilirsən. Bizdə də elə bir qayda qoyulsa, təbii ki, əməl edəcəyik. Düşünürəm ki, bu sual Peşəkar Futbol Liqasına ünvanlansa, daha yaxşı olar" - deyə A.Əsgərov bildirib.



Klub rəsmisi formada "Topaz"ın loqosunun üstünün bağlanmasına da aydınlıq gətirib: "Sponsor ötən il öhdəliyini yerinə yetirmədi. Bu il də eyni haldır. Ötən mövsüm Klublar Komitəsinin iclaslarının birində sponsor şirkətin rəsmisi də iştirak etmişdi. Orada da danışıqlar oldu. Ortada yenə də heç bir nəticə yoxdur. Bir müddətdir ki, səhhətimlə əlaqədar işlərdən kənarda idim. Ancaq mən olmadığım müddətdə nələrin baş verdiyini, dəyişdiyini deyə bilmərəm".



Ölkə çempionatını təşkil edən Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və ictimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev isə report-a açıqlamasında məsələyə fərqli mövqedən yanaşıb. O, Azərbaycan klublarının formalarındakı loqolara ulduz vurmalarını onların öz istəklərindən asılı məsələ saydıqlarını bildirib: "Çempionluq ulduzu ilə bağlı yeni qərar cari mövsümdə mümkün deyil. Bu məsələ çempionat başlamazdan öncə müzakirə edilir və qərar qəbul olunur. Yəni, bir ulduza düşən çempionluq sayı müəyyənləşdirilir. Bəzi çempionatlarda ulduzdan istfadə olunmur, amma elə çempionatlar var ki, orada ulduz məsələsinə önəm verilir. Azərbaycanda klublar ulduzu özləri qoyur. Əsasnamədə yoxdursa, klub niyə ulduz vurmalıdır? O ulduzlar heç bir məna kəsb etmir. Əslində "Qarabağ"ın loqosunda 19 ulduz var, amma onlar loqonun üzərində yox, içərisindədir (gülür - R.Ə.). "Kəpəz"də ulduz sayı üç, "İnter"də ikidir. "Neftçi" klubu isə bir ulduz göstərib. Həmin ulduzların loqonun tərkibi olduğunu, yoxsa çempionluğu göstərdiyini bilmək olmur".



A.Şahgəldiyev sponsorluq məsələsində isə klub rəsmisinin fikirlərinin əksini söyləyib: "Topaz"ın klublara pul ödəməsi kimi bir şey yoxdur. Müqavilədə belə məsələ öz əksini tapmayıb. Bu məsələ tərəflərin iştirakı ilə müzakirə olunmalıdır. Sadəcə, "Topaz" Peşəkar Futbol Liqasına, Premyer Liqaya sponsorluq edir. Üstəlik, ödənilən məbləğ o qədər böyük deyil ki, klublara da pul verilsin".

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında çıxış edən klublardan "Neftçi" 8, "Kəpəz" 3, "İnter" 2 dəfə çempion olub. "Qarabağ" isə 4 dəfə belə nailiyyətə imza atıb ki, bunun ardıcıl 3-ü son mövsümlərə təsadüf edib. 


Teqlər:
Bu xəbər cəmi 1195 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR