Futzal üzrə qadınlardan ibarət Rusiya millisinin üzvləri İranda yoldaşlıq oyununda meydana çıxıblar.
Milli.Az bildirir ki, qadın idmançılar İranda yerli qaydalara uyğun olaraq hicabla meydana çıxmalı olublar.
İran və Rusiya milliləri arasında ilk oyun 3:3, ikinci oyun isə 5:3 hesabı ilə başa çatıb.
Rusiya millisinin oyunçularının hicabda meydana çıxması dünya KİV-lərinin marağına səbəb olub.