Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində "Qarabağ"la qarşılaşacaq Yunanıstan PAOK-u çarter reysi ilə Bakıya gəlib.
Saloniki komandası Heydər ƏliyevBeynəlxalq Hava Limanından "Hilton" otelinə yollanıb.
PAOK bu axşam saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxacaq. Hazırlıq prosesindən əvvəl baş məşqçi Vladimir İviç və müdafiəçi Stelios Malezas mətbuat konfransı keçirəcəklər.
Qeyd edək ki, oktyabrın 20-də Respublika stadionunda təşkil olunacaq "Qarabağ" - PAOK matçı saat 21:00-da başlayacaq. (“Report”)