Ermənistan yığmasının baş məşqçisi Varujan Sukiasyan istefaya göndərilib. Buna səbəb yığmanın 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində uğursuz çıxış etməsidir.
E qrupunda çıxış edən Ermənistan 3 turdan sonra xalsız qalıb və qrupun sonuncu pilləsində qərarlaşıb.
Yeni baş məşqçinin adına yaxın günlərdə aydınlıq gələcək.
Qeyd edək ki, Sukiasyan 2000-2001-ci ildə də yığmanın baş məşqçisi vəzifəsində çalışıb.