Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

ƏHDİ KƏSİLƏN ATLAR VƏ AUTİZMİN “ÖVLADI” OLAN TƏHSİL KABUSU

ƏHDİ KƏSİLƏN ATLAR VƏ AUTİZMİN “ÖVLADI” OLAN TƏHSİL KABUSU


Bu gün Azərbaycan təhsilinin başı üstündə bir kabus dolaşmaqdadır və Azərbaycan təhsilinin özü də bir kabus olaraq cəmiyyətimizi içindən sarsıtmaqdadır - autist cəmiyyət formalaşdırılması prosesində bir vasitəyə çevrilməsiylə. Autizm və daun sindromlu uşaqların cəmiyyətə inteqrasiya olunmaları, onların ictimai mühitə adaptasiya edilmələri həddindən artıq gərgin fiziki-psixoloyi proses olduğundan normal dövlətlərdə bu işə bütövlükdə toplumun özü cəlb olunur. Maarifləndirmə işinin mütəmadi olaraq aparılması cəmiyyətin özündə bu sindromdan əziyyət çəkən uşaqlara və onların valideyinlərinə qarşı bir sevgi. bir mərhəmət hissi aşılayır. Şübhəsiz ki, bütün uşaqların qayğıya ehtiyacı var, amma autizm və daun sindromlu uşaqlarınsa xüsusi qayğıya ehtiyacları olur. Çünki sanki onlar bu dünyanın adamı deyillər, onların öz dünyaları var. Cəmiyyətin üzərinə düşən yük də bundan ibarətdir ki, öz üzvləri arasında BİR DÜNYA VƏHDƏTİ yarada bilsin, kimsə öz dünyasına qapanıb başqa dünyaya lənətlər yağdırmasın. O dünyanı formalaşdıracaq təhsilimizlə Tamlaşan, Bütövləşən cəmiyyətlə sabaha doğru gedə bilək...

Gedə bilirikmi? Müşahidələr göstərir ki, Toplum olaraq bizim bu sahədə bildiklərimiz və etdiklərimiz heç bilmədiklərimizin və etmədiklərimizin yüzdən on faizi də deyil. Təhsilimizin inkişafında birbaşa yükümlü olan strukturlar fəaliyyətlərini daha çox şablonçuluq üzərində quraraq problemlərin çözülməsi üçün cavabdeh olduqları halda əksinə bunun daha da dərinləşməsinə “yardım” etmiş olurlar. Bu gün autizmin, daun sindromunun müxtəlif formalarını dərəcələr üzrə qiymətləndirə bilməyən hansısa tibbi- psixoloji komissiyanın uşaqları ucdantutma xüsusiləşdirilmiş məktəbə yönləndirmələri kökündən yanlış və elə “başdan eləmək” kimi autist davranmanın görüntüsüdür. Belə komissiyaların özləri anlamaq istəmirlər ki, autizm və daun sindromu başdan-başa xəstəlik deyil ki, hər müraciət edəni psixoloji dispanserlərə, yaxud əqli cəhətdən zəif olan uşaqlarla bir yerə yerləşdirəsən. Problemi sosiallaşa bilməməkdə olan uşağı belə müəssisələrə yerləşdirməklə həmin komissiyalar birbaşa o uşaqları həm psixoz hala gətirir, həm də problemin yerində saymasından o yana keçmirlər. 

Bu gün autizm sindromlu uşaqlara normal təhsil verə bilməyən dövlət sabah hansı üzlə o uşağın Vətən Sevgisinə olan biganəliyindən gileylənəcək? 

Bu gün autizm sindromlu və digər kateqoriyadan olan uşaqlara sahib çıxmayan dövlət sabah hansı üzlə o uşağın heç yaşı da tamam olmamış “vətənə əsgər lazımdır” deyə ünvanlara üz tutacaq? 

Dərdiylə, səriylə baş-başa buraxılaraq kreditor qismində can verən ata-ananın, onlar üçün bir bəlaya çevrilən balalarının məgər bu dövlətin qazandıqlarında payı yoxmu!?

Dövlətin qazancı ancaq harınlamış təbəqənin balalarının ehtiyaclarını ödəməlidirmi? 

Hanı bu kəslərin yaşamaq haqqı, hanı bu kəslərin təhsil haqqı, hanı bu kəslərin istirahət haqqı!? ..

Bu gün vəzifəsindən sui-istifadə edərək haqqımıza girən harınlamış təbəqə az qala Allahını yeyəcək məmləkət əhlini xatırladır. Sanki bu adamların qarşısına milləti məhv etmək vəzifəsi qoyulub: xəstəsinə laqeyd yanaşmaqla, imkansızını kreditin içində boğmaqla, təhsilini yad ünsürlərlə zənginləşdirməklə, milli-mənəvi dəyərləri tapdalamaqla...

Tarixi həqiqətlər də göstərir ki, bir milləti məhv etmək istəyirsənsə onun təhsilini əlindən al, təhsilin idarəçiliyinə pedaqoyi təcrübəsi olmayanları gətir – lap Azərbaycandakı kimi. Mən orta məktəb müəllimlərindən olan şərqşünas, filoloq, yazıçı ƏDALƏT İBADOV və tarix müəllimim HEYBƏT GÜLÜMOVun ölümünə indiki gerçəkliyin fonunda baxanda sevinirəm. Fikirləşəndə ki, Mikayıl Cabbarov o Kişilərin də naziri olacaqmış, bax onda dəhşətə gəlirəm və Ölümə təşəkkürlər edirəm...

Dövlətin gücü onun vətəndaşına və təhsilinə verdiyi qiymətdə, eyni zamanda həm də bir vətəndaş olaraq təhsil işçilərinin öz qiymətlərini dəyərləndirmələrində, vətəndaşın dövlət və millət qarşısında məsuliyyətini dərk etməsindədir. Öz növbəsində dövlət də vətəndaşının haqqını ona verməyi bacarmalıdır. Nə yazıq ki, bütün sadalananların yerində sayması baxımından belə demək mümkünsə, biz bu gün əhdi kəsilmiş atların güllələndiyi zamanda yaşayırıq. Bir loxma çörək həsrəti Əliağa Vahidin "görüm ağuya dönsün soxaya dönmüş çörəyi: yaxşı möhtac elədi qəhbəyə, oğraşə məni.." misralarındakı həqiqətləri millətin yaşantısına çevirib...

Xəstəliyindən, yaxud da hansısa sindroma yoluxmasından asılı olmayaraq övlad valideyinə göndərilən Tanrı Payıdır. Və bütün həyatımızın özəllikləri də bu Tanrı Payı üzərində qurulur. Ancaq nə yazıq ki, insanlığın qanına susamış məmurlar Tanrıdan gələn bəlaya münasibətdə vətəndaşların problemlərinə “paran vardır- cümlə aləm qulundur: paran yoxdur- dar küçələr yolundur” məntiqiylə yanaşır, unudurlar ki, bütün bunlar həm onlar, həm də bizlər üçün bir imtahandır...

Nə qədər acınacaqlı olsa da, mütəxəssis araşdırmalarına görə. “Azərbaycan bu gün autizm və daun sindromlu uşaqların sayına görə dünyada üçüncü yerdə qərarlaşıb. Hər doğulan 7 uşaqdan biri autizm sindromludur”. “Cənubi Qafqazın ən inkişaf eləmiş dövləti Azərbaycan”ın da da inklüziv təhsil çərçivəsində pilot məktəblərə 2-3 uşaq yerləşdirməyə gücü çatır!!!! Belə olan halda çoxdan “sos” siqnalı çalınmalı idi. Bəlkə də rəsmi səviyyədə bu siqnallar çalınıb, ancaq kimlərinsə yarıtmaz fəaliyyəti bunları görünməz hala gətirib. Rəsmi statistikaya görə, hazırda Azərbaycanda 62860 nəfər sağlamlıq imkanları məhdud olan uşaq var. Bu gün 260 sağlamlıq imkanları məhdud uşaqlar ümumtəhsil məktəblərində inklüziv təhsilə cəlb olunub. Bəs qalanlar, məgər onlar bizim gələcyimiz deyilmi?!

Təhsil Nazirliyinin “kapirovka” olunmuş mətbu açıqlamalarında bildirilir ki, onlardan 9355 nəfəri evdə, 2558 nəfər uşaq xüsusi məktəblərdə, 2725 nəfər isə xüsusi internat məktəblərində, 260 nəfəri ümumtəhsil məktəblərdə inklüziv təhsilə cəlb olunub. Düzdür, bununla bağlı məlum rəqəmlər ortalığa qoyulsa da, ancaq elə bunun özündə də bir formallıq var. Çünki, hələ ki, bu istiqamətdə nə bir dövlət strukturu, nə də hansısa qeyri-hökumət təşkilatının apardığı monitorinqlə bağlı məlumat yoxdur. Sadalanan bu rəqəmlər cüzi dəyişikliklərlə elə keçmiş təhsil naziri Misir Mərdanovun zamanında da vurğulanıb. Bunun üçün mübahisəyə ehtiyac da yox, sadəcə olaraq, 14-15 oktyabr 2011-ci ildə keçirilən elmi-praktiki konfrans zamanı o zamankı təhsil naziri Misir Mərdanovun “İnklüziv təhsil, görülən işlər və qarşıda duran vəzifələr” mövzusunda etdiyi giriş nitqinə nəzər yetirmək kifayətdir... 



Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2015-ci il 18 mart tarixli 311 nömrəli əmrinə əsasən artıq “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrasına başlanılıb. Başlanılıbmı? Maraqlanan varmı milyonların ayrıldığı bu layihəylə? Qeyd olunan “4 pilot məktəb”ə uşaqları hansı kriteriyalar üzrə götürürlər, hansı mütəxəssis bu pilot məktəblərə dəvət olunub?...



Sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunma qaydalarının sadələşdirilməsi, autizm və daun sindromlu uşaqların cəmiyyətə adaptasiya olunmaları üçün təhsil sahəsində yeni metodikaların tətbiqi və ümumtəhsil məktəblərində sağlamlıq imkanları məhdud uşaqlar üçün yeni xidmətlərin yaradılması zamanın əsas prioritetlərindəndir. 

Təhsil Nazirliyilə BMT-nin Uşaq Fondu (UNİCEF) arasında 2014-2015-ci illərə dair İllik Fəaliyyət Planında da əlilliyi olan uşaqların ümumi təhsilə cəlb olunması məqsədilə Azərbaycanda Milli İnklüziv Təhsil Modelinin hazırlanması istiqamətiə atılan addımlar deyilənlərə bir sübutdur. “İbtidai təhsil səviyyəsində inklüziv təhsilin tətbiqi” layihəsi çərçivəsində BMT-nin Uşaq Fondu (UNİCEF) Təhsil Nazirliyinə beynəlxalq məsləhətçi xidmətinin göstərilməsini təmin edir. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən fəaliyyət prinsiplərindəki real görüntülərsə bu fəaliyyətin daha çox deklorativ xarakter daşıdığını ortaya qoyur. 

Təsadüfi deyil ki, ekspertlər də bu prosesdə yol xəritəsinin tərtib olunmasına əslində valideynlərin özlərinin də cəlb olunmasını vacib sayırlar. Ən azından ona görə ki, autizm və daun sindromlu uşaqların reabilitasiyasının kompleks xarakter daşıma xüsusiyyətini unutmamalıyıq. Yeri gəlmişkən, həmin uşaqların təhsili, istirahəti, nəqliyyatla təmin olunması dövlət Proqramı çərçivəsində də öz həllini tapıb. Təəsüüf ki, sadalanan halların heç birinin şahidi olmuruq...

“Təhsil haqqında Qanun”da göstərilir ki, “vətəndaş təhsilin növünü, tədris müəssisəsini, tədrisin dilini seçmək hüququna malikdir”. Yenə də çox təəssüf ki, aparılan müşahidələr bir çox hallarda bəzi tədris müəssisələrinin qanunda təsbit olunan hallara məhəl belə qoymadıqlarını təsdiqləyir. Elə inklüziv təhsillə bağlı qəbul edilən Dövlət Proqramında da vurğulanır ki, sağlamlıq imkanları məhdud şəxslərin hərəkət etməsi üçün nəqliyyatın uyğunlaşdırılması tam olaraq nəzərə alınmalıdır. Təhsil ekspertləri buna müqabil vurğulayırlar ki, ən azından məktəblər özlərinin yerləşdikləri ərazilərdə məskunlaşan autizm və daun sindromlu uşaqların təhsilə cəlb edilməsində maraqlı olmalıdırlar ki, problemin həllinə kompleks yanaşma baxımından onlar da bu prosesin iştirakçılarına çevrilərək dövlətə və millətə yardımda bulunmuş olsunlar...

Qeyd edək ki, “Azərbaycan 2020: Gələcəyə İnkişaf Konsepsiyası”, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və Tədbirlər Planında da sadalanan hallar nəzərdə tutulub. Di gəl ki, yenə də hər şey kağız üzərində qalmaqdadır.

Əgər belə olmasaydı, həmin pilot məktəblər, psixoloq, defektoloq, loqoped, xüsusi əmək və bədən tərbiyəsi müəllimiylə təmin olunar, həmin uşaqların marşrutla təmin olunması məsələsi öz həllini tapardı. Axı belə uşaqların ictimai nəqliyyatdan istifadəsinə kənardan baxanda adamı dəhşət bürüyür. Yəqin pedaqoji təcrübəsizlikdəndir ki, hörmətli Mikayıl Cabbarov belə şeyləri görmür. Və Mikayıl müəllimin görmədiyi zadlar sırasında həddindən artıq savadsız “müəllimlər”in məktəblərə yerləşdirilməsi, məktəblərin bazar prinsipləriylə işləməsi, tədris müəssisələrində çalışanların icra strukturlarının, Mərkəzi Seçki Komissiyasının “aparıcı mütəxəssislər”dən ibarət vasitəçisi, buyruq qulu kimi davranması, müəllim-şagird münasibətlərində diferensiallığın pozulması, dərsliklərin bərbad gündə olması, dərsliklərə bir-birini təkzib edən saysız-hesabsız faktların olması, dövlətçiliyimizlə, millətçiliyimizlə ziddiyyət təşkil edən mövzuların dərsliklərə salınması, təhsilin inkişafı adı altında büdcə talanı,.....saymaqla tükənmək bilməyən nəsnələr var...Bunlardan danışmaqsa başqa zamanın mövzusudur.....

Baş verənləri məntiqin süzgəcindən keçirəndə şahidi oluruq ki, əslində təhsil nazirinin özü də pedaqoyi sferaya adaptasiya olunma mərhələsindədir. Bu baxımdan hörmətli Mikayıl Cabbarovun bir çox yanlışlıqlarına anlayışla yanaşmaq lazım gəlir. Bu gün Mikayıl müəllim gerçək pedaqogikanın deyil, öz dünyasının özəlliklərini təhsilimizə sırımadadır. O dünyanın özəllikləriylə bugünkü müəllimin gerçək yaşayışı arasındasa bir vəhdət yoxdur. Cəmiyyətimiz hər şeyə görə müəllimə borcludursa, müəllim də birbaşa dövlət səviyyəsində cəmiyyətimizdə hər şeylə təmin olunmalıdır! Mən də müəllimlərin peşə bayramı günündə təhsilimizdəki yanlışlıqların cüzi bir hissəsindən danışdım ki, cəmiyyətimizdə BİR DÜNYA VƏHDƏTİ yarada bilək, Tamlaşaq, Bütövləşək, təhsilimizi secki adlı kabusun cəngindən qurtarmaqla müəllim nüfuzunu özünə qaytara bilək. BAYRAMINIZ MÜBARƏK, ƏZİZ MÜƏLLİMLƏR!


Teqlər:
Bu xəbər cəmi 4185 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR