Saytların birində (daha sonra isə bir neçəsində) "30 min şagirdin məktəbə gedə bilməyəcəyi yalandır" – Nazirlik – başlıql açıqlama diqqətimi cəlb etdi: “Bu yaxınlarda təhsil eksperti Nadir İsrafilov “Sputnik” Beynəlxalq Mətbuat Mərkəzində Təhsil Nazirliyinə istinad edərək qeyd edib ki, bu il 30 min şagird ümumi təhsil müəssisələrinə gedə bilməyəcək.Təhsil Nazirliyinin məsələ ilə bağlı yaydığı açıqlama ilə N. İsrafilovun bu fikri təkzib olunub və yalan informasiya olduğu deyilib.
Açıqlamada həmçinin deyilir ki, Təhsil Nazirliyi adından heç vaxt belə bir rəqəm səslənməyib: "Təhsil Nazirliyinin rəsmiləri müxtəlif tədbirlərdə ölkənin müsbət demoqrafiyasını qeyd edərək, hər il birinci sinfə gedən uşaqların sayının artdığını bildiriblər.Biz Nadir müəllimdən xahiş edirik ki, informasiyanı verərkən dürüst statistikaya əsaslansın və olmayan rəqəmləri şərh etməsin.“
Dərhal yadıma Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində məktəb ləvazımatlarının, məktəbli formalarının qiymət və keyfiyyətindən, dərsliklərin məzmununun vəziyyətindən söhbət açıldığı, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun da iştirak etdiyi "Yeni dərs ilinə hazırlıqlar necə gedir" mövzusunda mətbuat konfransı düşdü. Burada məktəb ləvazımatlarının, məktəbli formalarının qiyməti və keyfiyyəti, dərsliklərin məzmununun vəziyyəti muzakirə edilir, məktəb ləvazımatlarının qiymətinin ötən illə müqayisədə 10% artmasından bir çox valideynlərin uşaqları məktəbə göndərərkən böyük maliyyə problemləri ilə üzləşməsindən söhbət gedirdi. Tədbirdə mən də, məktəb xərclərninin sosial təbəqəsinin böyük əksəriyyətinin real gəlirlərinə uyğun ölmamasıı, təkcə keçən ilın rəsmi statistikasına görə 30 mindən artıq 6 yaşlı uşağın məktəbə cəlb olunmamasına, təhsildən yayınma hallarının əsas səbəblərindən biri kimi məktəb xərclərinin çox olmasına diqqət çəkmişəm.Hətta Nazirliyin yeni komandasına (əgər belə demək mümkündürsə) bəraət belə qazandırmışam. Sitat: "2007-2011-ci illərdə "İş dəftəri" adlı məsələ atılmışdı ortalığa. Bu iş dəftərləri təhsilə, biliyə və elmə xidmətdən daha çox kommersiya maraqlarına xidmət edirdi, reklam xarakteri daşıyırdı. Iş o həddə çatmışdı ki, valideyn 5-6 fənndən 5 manat dəyərində iş dəftəri almalı idi. Təkcə iş dəftərlərinə 25-30 manat xərc tələb olunurdu. İctimaiyyət bu məsələnin üstünə getdi. Bu, mətbuatda da geniş işıqlandırıldı və Nazir iş dəftərlərinin tədris vəsaitləri siyahısından çıxarılması əmrini verdi”.
Rus dilli saytlardan hansısa biri “getməyib” sösünü “getməyəcək” şəklində işıqlandırıbsa, bu artıq saytın problemidir,ola da bilsin ki, texniki qüsurdur.
Keçək 30 min məsələsinə, yəni Nazirliyin açıqlamasının “Təhsil Nazirliyi adından heç vaxt belə bir rəqəm səslənməyib.Biz Nadir müəllimdən xahiş edirik ki, informasiyanı verərkən dürüst statistikaya əsaslansın və olmayan rəqəmləri şərh etməsin.“ ” bəndinə. Məktəbə gec gedən uşaqların sayı AÇIQLANDI
17.5.2016
Bakıda 2016-2017-ci tədris ili üçün I sinfə qəbul məqsədilə haqqında sorğu yerləşdirilmiş uşaqlar arasında yaşı tamam olmayanlarla yanaşı, məktəbə müraciət yaşı gecikmiş uşaqlar da var.
Bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Qeyd edək ki, Nazirlər Kabinetinin "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə uyğun olaraq, ümumtəhsil məktəbinin I sinfinə hər il sentyabrın 15-dək 6 yaşı tamam olan uşaqlar qəbul edilir. Son iki ildə Azərbaycanda 30 minə yaxın uşaq (2014-cü ildə 15 minə yaxın, 2015-ci ildə 15 min uşaq) 1-ci sinfə ən azı 1 il gec qəbul olunub.
Təhsil nazirinin müavini Ceyhun Bayramov uşaqların məktəbə gec getməsini ciddi bir problem sayıb.
Belə uşaqların məktəbə gələnlərin 10 faizini təşkil etdiyini deyən nazir müavini qeyd edib ki, Təhsil Nazirliyi bu problemin öhdəsindən təkbaşına gələ bilməz: "Bu məsələnin həlli üçün Təhsil Nazirliyinin imkanları kifayət qədər məhduddur. Biz aidiyyəti qurumlarla, yerli icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq edirik ki, belə halların qarşısını alaq və sayı maksimum dərəcədə azaldaq. Çünki kimsə təhsildən kənarda qalırsa, Təhsil Nazirliyi həmin şəxslə bağlı tərbiyə, tədris işi apara bilmir".
Bu da Sizin üçün rəsmi statistika. Əgər Nazir müavininin arqumentləri rəsmi statistika hesab edilmirsə artıq bu mənim günahım, Nazirliyin mətbuat xidmətinin təbirincə desək yalanım deyil. Və ya gündəmə gətirilən məsələ Nazir müavinini vurğuladığı kimi ciddi bir problem deyilsə, hansısa bir mahiyyət kəsb etmirsə Nazir müavini niyə bu məsələni dilə gətirir və Təhsil Nazirliyi bu problemin öhdəsindən təkbaşına gələ bilmədiyi üçün aidiyyəti qurumları, yerli icra hakimiyyəti orqanlarını sıx əməkdaşlığa çağırır və s.
Deyəsən tanınmış Nobel mükafatçısı İosif Brodski sanki belə halların baş verə biləcəyindən ehtiyatlanaraq belə bir qənaətə gəlmişdi: “Təəssüf ki, bu günümüzdə nəinki yalanın, hətta sadə həqiqətin belə tutarlı sübut və dəlillərə ehdiyacı var”.
O ki, qaldı bu il qəbul imtahanlarında 200-dən yuxarı bal toplayanların sayının artımına bununla fəxr etməyinə bu göstəricini kiminsə gözünə soxmağına heç bir lüzum görmürəm. Çünki 200 bal “5” ballıq klassik qiymətləndirmə şkalasında elə “2” qiymətinə bərabər bir şeydir və sadəcə olaraq ali məktəblərə qəbul olunanların sırasında rus demiş “dvoyşnik”lərin sayını artırmışıq.
Sonda Nazirlik yetkililərinə bir daha xatırlatmaq istərdim ki, Nadir İsrafilov təhsilin aşağı və yuxarı idarəetmə orqanlarında çalışmış 40 illık pedaqoji və idarəetmə təcrübəsinə malik bir mütəxəssisdir. O, bütün şüurlu fəaliyyətini təhsilin inkişafına xidmətdə görüb. Realıq nə qədər acınacaqlı olsa belə onunla hesablaşmalıyıq, vəziyyətdən çıxış yolunu problemi malalamaqda deyil, problemin üstünə getməkdə görməliyik.
Nadir İsrafilov