Türkiyənin tanınmış xəbər agentliyinin əməkdaşı Nitsadıkı terrorla bağlı zarafatına görə işdən azad edilib.
“Anadalo” xəbər agentliyinin əməkdaşı Əli Qəhrəman Nitsa şəhərində baş verən olayla bağlı tvitter hesabında zarafat edib. O, “Fransada xalqın arasına girən yük maşınının əyləci xarab olub. Bu terror hadisəsi deyil”,- yazıb.
Qəhrəmanın bu ifadələri sosial mediada tənqidə məruz qalıb. Hadisəyə münasibət bildirən “Anadalo” xəbər agentliyi isə bu şəxslə bütün əlaqələrin kəslidiyini bəyan edib.
Aysel Kərimova