Bir müddət öncə ölkə mətbuatında dövlət strukturlarında olan yeyinti və özbaşınalıqla bağlı gedən informasiylar yenidən və bir az başqa formatda gündəmə gəlməkdədir. Belə strukturlar sırasında "Azərenerji" İstehsalat Birliyində tüğyan edən çatışmazlıqlar, Etibar Pirverdiyevin monopolist idarəçilik sistemi konkret faktlarala ortalığa qoyulmuşdu.
hansısa səbəblər ucbatından həmin informasiyaların işıqlandırılması və problemlərin aradan qaldırılması müəyyən mənada ləngidilsə də. artıq bu kateqoriyadan olan məlumatlar Milli Məclis deputatlarının dilindən səslənməkdədir. Millət vəkili Zahid Orucun indiki dövrdə dövlətin yeni iqtisadi kursu qarşısında "Azəreneryi"nin fəaliyyətindəki neqativ hallardan danışması da bu qəbildəndir: "İdarəetmədə slahatların dərinləşdirildiyi bir vaxtda biz də öz fikrimizi söyləyirik. Dövlət büdcə xərclərinin özündə də optimallaşdırma apararkən nəzərə alınmalıdır ki, hansı sahələrdə idarəetmənin formalarını dəyişmək lazımdır. Buna görə mən “Azərenerji” sferasından danışdım. Daha sonra dövlət satınalmaları ilə bağlı qurumdan bəhs etdim. Bütün bu məsələlərdən danışarkən, məqsədimiz kimisə şəxsi kontekstdə işıqlandırmaq, məhkəmə rolunda çıxış etmək deyil. Mənim bu məsələ üzərindən Etibar Pirverdiyevlə aramızda heç bir xüsusi problemim yoxdur. Amma faktiki reallıq ondan ibarətdir ki, “Azərenerji” sistemi əsas enerji topdansatışını həyata keçirən qurum kimi büdcə qarşısındakı öhdəliklərini yerinə yetirməlidir. Bu rəqəm 800 milyon manata çatıb. Əsas ötürücü naqillər, aşağı gərginlikli transformator sistemləri, digər enerji təsərrüfatları və onun idarəçiliyi həmin quruma verilib. Onlar effektiv bir şəkildə bu prosesə qoşulublar və ötən illər ərzində enerji sisteminə dövlət tərəfindən qoyulan vəsaitin hansısa səviyyələrdə baş verən itkilərini, qüsurlarını və yaxud da səhvləri aradan qaldırmaq üçün bütün güclərini səfərbər ediblər. Təmsil etdiyim Bərdə bölgəsində yalnız ötən ilin sonundan və bu ilin əvvəlindən çip kabelləşdirmə və yeni modul transformatorlar qoyulmasına başlanılıb. Əlbəttə ki, mən şəbəkənin bütün daxili təsərrüfat həyatından bəhs edə bilmərəm. Həmin qurumun istehsalla bağlı avadanlıqlarının köhnəliyi və digər texniki problemləri mövcud olduqca xarici kompaniyalar gəlib enerji təsərrüfatına rahatlıqla investisiya qoymayacaq.”
Zahid Oruc Pirverdiyevi həm də vergi öhdəliklərini yerinə yetirməməkdə günahlandırır: "Qurumlar onu yönləndirən şəxsin intellektual keyfiyyətindən, o sahə üzrə professionallığından, menecerlik qabiliyyətindən, təşkilatçılıq xüsusiyyətindən, son dərəcə asılıdır. Ötən illər ərzində sovet dövründən miras qalmış enerji təsərrüfatının yeniləşməsi və onun texniki cəhətdən tamamilə təzələnməsi üçün ölkə rəhbərliyi tərəfindən bu sahəyə küllü miqdarda vəsaitlər qoyuldu. Ancaq bir sıra hallarda vergi öhdəlikləri yerinə yetirilmədi. Eyni zamanda neft şirkətindən alınmış qazın borcları ödənmədi. Bir müddət bundan əvvəl əhaliyə elektrik enerjisinin 1kilovatını 6 qəpiyə qaldıranda bəyan olundu ki, bu, təsərrüfatın gəlirlə işləməsi üçündür. Bəs necə olur ki, bu qurumun qeyd etdiyimiz səviyyədə borcları meydana çıxıb?...
YERİ GƏLMİŞKƏN, Etibar Pirverdiyevin ÖTÜRÜCÜ HAQİLLƏRİnin hansı kanallarla yüklənməsiylə bağlı bizim də əlimizdə ilginc məlumatlar mövcuddur. Bəzi məlumatları dəqiqləşdirəndən sonra həmin faktları oxucuların diqqətinə çatdıracağıq.