Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

«Optimal Elektroniks» fırıldağını necə ört-basdır etdi? -FOTOLAR

«Optimal Elektroniks» fırıldağını necə ört-basdır etdi? -FOTOLAR
Şirkət iki il əvvəl borcunu bağlamış müştərisinin hay-küy salmasını görüb, ona maliyyə arayışı verib


Ötən günlərdə «Optimal Elektroniks» MMC-nin müştərilərinə qarşı fırıldaq işlədərək, onlardan daha çox qazanmaq istədiyinə dair məlumat vermişdik. JAM.AZ-a müraciət edən Coşqun Əhmədov və Ramin Məhərrəmov bildirirdilər ki, 10.04.2012-ci il tarixində «Optimal Elektroniks» MMC-nin mağazalar şəbəkəsindən «Toşiba» adlı mal kreditlə alıblar. Ayda 206 manat ödəməklə iki il müddətinə götürülmüş kreditin ödənişində hər hansı bir sıxıntı olmayıb. Hər iki şəxs üzərlərinə düşən kredit öhdəliyini vaxtında yerinə yetirərək, 24 ay ərzində 4896 manat vəsaiti ödəyiblər. 

Lakin «Optimal Elektroniks» MMC 2016-cı ildə hər iki şəxsi məhkəməyə verərək, onların kreditləri ödəmədiklərini iddia edib. Xətai rayon Məhkəməsinin hakimi Səadət Səlimova isə məsələnin əslini araşdırmayaraq, Coşqun Əhmədov və Ramin Məhərrəmovu günahkar çıxarıb. Onların guya, kredit aldıqları məhsulun 482 manat manatlıq hissəsini ödəməyiblər. Buna görə, çıxarılan qərarda hər iki şəxsin bərabər şəkildə 482 manatı, habelə 100 manat cərimə və 21 manat rüsumu ödəməsi tələb olunub. 

Çox maraqlı məqamlardan isə biri də odur ki, adları çəkilən şəxslərə heç bir məhkəmə bildirişi gəlməyib. Elə onlarsız da məhkəmə prosesi keçirilib. Bu açıq şəkildə hüquq pozuntusu olmaqla yanaşı, həm də sifarişlə çıxarılmış qərar olaraq diqqəti çəkir. 

Məsələ ilə bağlı JAM.AZ-a açıqlama verən Coşqun Əhmədov bildirib ki, məhkəməyə verilmələrindən proses yekunlaşdıqdan sonra xəbər tutublar. «Biz firmadan aldığımız malın pulunu vaxtında ödəmişik. Bir qara qəpik belə borcumuz qalmayıb. Ödədiyimiz pulların çekləri də əlimizdədir və onu sizə təqdim edirik. Həmin məbləğ tam ödənildiyi halda bizim məhkəməyə verilməyimiz hansı məqsəd daşıyır?»

Zərərçəkən vurğulayıb ki, məhkəməyə verilmələri, habelə cərimə olunmaları ailə üzvlərinə pis təsir edib. Hətta Əhmədovun yaşlı anasının şəkəri də qalxaraq, təhlükəli həddə çatıb. Komə vəziyyətinə düşən müştərinin anasını həkimlər güclə həyata qaytarıblar. «Optimal Elektroniks» MMC-ni başımıza açdığı oyundan dolayı məhkəməyə verməyə hazırlaşırıq. Biz şirkətdən mənəvi təzminat tələb edəcəyik. Qoy, bizə atdıqları şər və böhtandan dolayı, habelə ailə üzvlərimə vurduğu zərərə görə təzminat ödəsinlər». 

Qeyd edək ki, «Optimal Elektroniks» MMC-nin ödəniş müddətinin bitməsindən iki il sonra məhkəməyə müraciət etməsi kifayət qədər şübhəlidir. Elə şübhənin əsli də bu günlərdə ortaya çıxıb. JAM.AZ xəbər verir ki, MMC rəhbərliyi adları çəkilən keçmiş müştərilərini çağıraraq, onlara qarşı yanlış addım atıldığını bildirib. Ardından isə onlara «Optimal Elektroniks» MMC-yə heç bir borcları olmadığına dair maliyyə sənədi verib. 

Baş verənlərdən belə anlaşılır ki, şirkət pullarını ödəmiş müştərilərini məhkəməyə verməklə ikinci qazanc mənbəyi güdüblər. Əks təqdirdə, iki il əvvəl ödənişi bitdiyi bir prosesə görə məhkəmə yoluyla qətnamə çıxarmaq heç bir məntiqə sığmır. Həmçinin anlaşılan odur ki, şirkət bunu bütün müştərilərinə qarşı etməyi hədəfləyib. Yalnız səsini çıxaran və ya şikayət edənləri razı salaraq, işi ört-basdır etmək istəyir. Elə Coşqun Əhmədov da məhz şikayətçi düşdüyü üçün ona borcunun olmamasına dair maliyyə sənədi veriblər. Bu imkanları olmayanlar və ya azca qorxmuş adamların isə başına müsibət açılması daha real görünür. Hətta onu da iddia etmək mümkündür ki, sözügedən şirkət yəqin ki, daha neçə-neçə müştərisinin başına bu cür oyunlar açmaqdadır. Sadəcə, onların səsləri çıxmır. JAM.AZ məsələni araşdıraraq, bununla bağlı əlavə məlumatlar verməyə çalışacaq. 










 



 


Oxunub: 43 Bölmə: Media

Teqlər:
Bu xəbər cəmi 3345 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR