Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Beynəlxalq Bank ölümlə çarpışan tankçının maaşından pul tutur-FOTO

Beynəlxalq Bank ölümlə çarpışan tankçının maaşından pul tutur-FOTO
Aprelin əvvəllərində cəbhədə yaşanan toqquşmalarda ağır yaralanan Razi Cavadov komadadır - ölümlə həyat, varla yox arasında. Atası isə heç bir qurumun oğlunun vəziyyəti ilə maraqlanmadığından gileylənir.

İnsanlar dünyaya müxtəlif məqsədlərlə gəlirlər. Kimi qalib, kimi məğlub olmağa. Kimi qazi, kimi şəhid olmağa. Razinin də taleyinə hərbçi ailəsində doğulmaq, hərbçi olmaq yazılmışdı. Uşaq vaxtından atasının geyimlərinə baxıb, böyüyəndə bu geymdən geyinməyi arzulamışdı. Hər dəfə atası evə gələndə atası ilə fəxr etmişdi.



Beynəlxalq Bank ölümlə çarpışan tankçının maaşından pul tutur-FOTO



Vidadi Cavadov özü də Qarabağ müharibəsi iştirakçısı, veterandır



İndi isə o, ölüm və həyat, varla yox arasındadır. 4 günlük müharibənin qurbanlarından biri də Razi Cavadov oldu. 15 gündür ki, reanimasiyada olan Razi üçün valdeynləri, həyat yoldaşı və 3 uşağı çox narahatdır.



Razini Bakıya hospitala gətiriblər, yanına heç kimi buraxmasalar da, atası tez-tez gəlib ona baş çəkir. Qorxur ki, tək oğlunu itirər. Bu da azmış kimi, insanların laqeydliyi də yaşlı atanı yandırır.



Yaxınlarının birindən Razinin atası Vidadi Cavadovun telefonunu tapdım. Dedim, söhbət edim, ata dərdini danışsın, bəlkə ürəyi az da olsa, soyuyar. Bəlkə onun da səsini eşidən tapılar, bəlkə vəzifəsini unudan bəzi məmurlar vəzifəsini xatırlamış olar.



Beynəlxalq Bank ölümlə çarpışan tankçının maaşından pul tutur-FOTO



Vidadi Cavadov



Övladını itirmək qorxusu atanın gözlərindən oxunurdu. Ara-sıra sölərini unudur, susur, başqa yerdən danışmağa başlayırdı. Hərbçinin hərbçi oğlu komadadır, ölümlə həyat arasında, varla yox arasında. Ölümü gözləri ilə görən ata, balasını itirməkdən qorxur.



Mən balası üçün ağlayan ana görmüşdüm, aciz, çarəsiz ata da. Amma ilk dəfə idi ki, gözlərində qorxu olan bir ata görürdüm. Hər gün balasının ölüm xəbərini eşidəcəyi qorxusu ilə yaşayan bir ata. Əslində, yaşamayan gün sayan bir ata…



Vidadi Cavadovun üç övladı — bir qızı, bir oğlu vardı. Oğlu Razi 1986-cı ildə dünyaya gəlib. Uşaqlıqdan hərbiçiliyə həvəsi olan Razi, 2006-cı ildən öz ərizəsi ilə (hərbi xidmətdən sonra) müddətdən artıq xidmət edən hərbçi kimi xidmətini davam etdirib.



Beynəlxalq Bank ölümlə çarpışan tankçının maaşından pul tutur-FOTO



Razi Cavadov oğlanları Amid (sağda) və Amin ilə



"Oğlum tank tağımında idi. Döyüş başlayandan hər gün onların yanına getmişəm. Hələ bir neçə gün də nasaz texnikaların təmiri üçün kömək etdim. Yaralıların daşınmasına kömək edirdim. Axırıncı dəfə aprelin 5-də danışdım onunla. Dedim, səhər gələcəyəm, nə gətirim sənə? Dedi ki, "ata, bir paçka siqaret al, siqaretim qutarıb". Dedim yaxşı", —dərdli ata danışır.



V. Cavadov səhər gedərkən, yoldaşları Razinin yaralandığını deyirlər: "Aparıblar xəstəxanaya. Gəldim Naftalana, gördüm ki, artıq əməliyyat gedir. Orada əməliyyat olunduqdan sonra Gəncəyə gətirdilər, orada da əməliyyat olundu. Bir neçə gün orada yatdı. Ayın 10-11-i Bakıya Hərbi Hospitala gətirdilər. İndi burada yatır. Hər gün həkimindən soruşuram. Deyir ki, "bilmirəm, nə olacaq, vəziyyəti ağırlaşmır, komadadır, gözlə". Amma oğlumun varla yox arasında olması adamı qorxudur. Qorxuram".



Ata deyir ki, cavanlığında Ukraynada tikinti işi ilə məşğul olurmuş. Azərbaycanda müharibə başlayandan sonra könüllü olaraq hərbi sıralara qoşulur. O, vətən uğrunda vuruşmağa başlayr.



Beynəlxalq Bank ölümlə çarpışan tankçının maaşından pul tutur-FOTO



Razi Cavadovun qızı



"Mən özüm də buralarda döyüşmüşəm, tankçı tuşlayıcı olmuşam. Çənəmdən və qarın nayihəmdən yaralanmışam. Səhər saat 11-dən axşam saat 4-ə kimi Ağdərədə Sərsəng su anbarının yanında, meşədə, yaralı qalmışam. O vaxt ayılmışam ki, artıq əməliyyat olunmuşam yataqdayam. Ağdərəyə gətiriblər, orada əməliyyat ediblər, qanaxmanı durdurublar, mənim xəbərim olmayıb. Mən gözümü Goranboyda əməliyyat ediləndən sonra açmışam", —deyir həmsöhbətimiz.



Bu bu halları yaşadığını deyən acılı ataya övladın yaralanması başqa qorxu verir: "O vaxtlar biz yaralananda bizim ailəmizlə maraqlanırdılar. Taxılından, unundan verirdilər. Torpaq da vermişdilər. İndi icra hakimiyyətləri heç nəyə önəm vermirlər. Şəhidə, yaralıya önəm vermirlər. O vaxtlar icra başçıları da döyüşlərin içində olurdu. Amma indi? Yaralananların, şəhid olanların hamısı kasıb balalarıdır".



"Bunu niyə düşünmür kimsə? Mənim istədiyim odur ki, kimsə mənim balamla maraqlansın. Mənim oğlum özü qəza edib yaralanmayıb, torpaq uğrunda gedib. Gözünü itirib, həyata qayıdacağı sual altındadır? Bu sağalacaqmı, ailəsinə qayıdacaqmı? Hələ bilinmir", —deyir V. Cavadov.



Atanı yandıran Goranboy Rayon İcra Hakimiyyətinin laqeydliyidir. Deyir ki, 10 oğlu olsa, yenə Azərbaycanın bütövlüyü uğrunda qurban verər, amma bilən olsa, sayan olsa…



Beynəlxalq Bank ölümlə çarpışan tankçının maaşından pul tutur-FOTO



Vidadi Cavadov məxsus müharibə veteranı vəsiqəsi



Ata danışdıqca gözləri bir nöqtəyə dikilir, fikrə gedirdi. Bir sualı iki dəfə verməli olurdum bəzən…



Ailə hal-hazırda Goranboyun Tapqaraqoyunlu kəndində yaşayır. Razinin 3 övaladı — 2 oğlu, bir qızı var. Və onlar atalarının yolunu gözləyirlər. Ailənin maddi vəziyyəti də yaxşı deyil. Razinin Beynəlxalq Banka kredit borcu var idi. 4 ayı qalıbmış (aya 460 manat).



Özü 15 gündür komada olmasına baxmayaraq, bank maaş kartından krediti çıxıb. Uşaqların nə ilə dolanması heç kimi maraqlandırmır. Yaralı əsgərin valideynləri icra nümayəndəliyinə dəfələrlə getsələr də, qapıdan qaytarılırlar.



Beynəlxalq Bank ölümlə çarpışan tankçının maaşından pul tutur-FOTO



Razi Cavadov xəstəxanada



"Bala, icra hakimləri şəhid ailələrinə heç olmasa gedib bir bayraq verirlər. Mənim oğlumla isə maraqlanan yoxdur. O, mənim tək oğlumdur. Evimin işığı idi. Ona bir şey olsa, hesab edin ki, belim qırılıb", —ata kövrəlir.



Cavadov Razi Vidadi oğlu aprelin 6-da Goranboyda snayper atəşi ilə başından yaralanıb, bir gözünü itirib. Hazırda Hərbi Hospitalda yaşamaq uğrunda mübarizə aparır. Həkimlərin bildirdiyinə görə, beyin sinirləri zədələnib.



15 gündür komada olan yaralı əsgərin ailəsi isə kimsəsiz ağır vəziyyətdədir. Yaralı əsgərin atası sadəcə dövlət qurumlarının onun oğlu ilə maraqlanmasını istəyir. "Gərək oğlum şəhid olaydı ki, kimsə maraqlanardı?", —deyə sual edir.



Və son olaraq, 4 günlük müharibədə verdiyimiz şəhidlərlə yanaşı, xəsarət alan hərbçilər də bizimdir. Onların övadları isə bu torpağın gələcək əsgərləridir. Razinin ailəsində də iki əsgər böyüyür — Amid və Amin.



Bu gün hamımızın borcudur ki, şəhid ailələrinin, yaralı əsgərlərin yanında olaq. Ümid edirik ki, əsgər atasının səsi müəyyən qurumlar tərəfindən eşidiləcək…



Bu da bir həyatdır. Bir hərbçi həyatı, bir əsgər həyatı… Bizi izləyin. İzləyin ki, fərqli insanların fərqli həyatları ilə tanış ola biləsiniz.



Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyi ilə…

(sputnik.az)





Beynəlxalq Bank ölümlə çarpışan tankçının maaşından pul tutur-FOTO

Beynəlxalq Bank ölümlə çarpışan tankçının maaşından pul tutur-FOTO

 



 



 



Teqlər:
Bu xəbər cəmi 1845 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR