Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

31 mart soyqırımı ilə bağlı kampaniya keçirilir

31 mart soyqırımı ilə bağlı kampaniya keçirilir


Hər ilin bəzi təqvim günləri xalqımız üçün qara hərflərlə yazılan tarixi faciələrlə xatırlanır. Belə tarixlərdən biri də 31 mart Azərbaycanlıların Soyqırımı Günüdür.



1918-ci il martın 31-dən başlayaraq aprelin 2-dək erməni daşnak və bolşevik dəstələri tərəfindən minlərlə azərbaycanlı qətlə yetirilmiş, çoxlu sayda yaşayış binaları, məscidlər yandırılmış, əhalinin əmlakı qarət edilib.



Martın 30-dan 31-nə keçən gecə ermənilərin törətdiyi soyqırım nəticəsində, təkcə Bakıda 11 minə yaxın dinc sakin, o cümlədən qadın, uşaq və yaşlı insanlar vəhşicəsinə öldürülmüşdür. Martın 31-də Şamaxı qəzasında erməni daşnakları ümumilikdə16 mindən çox azərbaycanlını, Quba kəndlərində isə 2 mindən çox günahsız insanı qətlə yetirmişlər. Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Muğanda və Dağlıq Qarabağda yüzlərlə kəndi yandırıblar.



Prezident Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamına əsasən, hər il martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur, bütün dünyada bu münasibətlə müxtəlif tədbirlər, konfranslar, anım mərasimləri keçirilir.



Korporativ sosial məsuliyyət proqramı çərçivəsində ardıcıl layihələr həyata keçirən UBM Group 31 mart soyqırımı ilə bağlı həqiqətləri geniş coğrafiyada yaymağı qarşısına məqsəd qoyub. Bu məqsədlə şirkət tərəifindən Facebook, Twitter, Instagram və YouTube sosial şəbəkələrində “Armenian Terror” adlı səhifə yaradılmış, fəal təbliğat kampaniyasına start verilib.



Şirkət tərəfindən xüsusi olaraq hazırlanmış posterlər, rəsm əsərləri və video kadrlar həmin səhifədə yerləşdirilir. Bütün dünyanı əhatə etmək məqsədilə bu təbliğat materialları Azərbaycan dili ilə yanaşı ingilis, rus, alman və fransız dillərində də hazırlanıb.

Xatırladaq ki, UBM Group bu ilin əvvəlindən 20 Yanvar hadisələri ilə bağlı və “Xocalıya həqiqət” kampaniyası çərçivəsində bütün sosial şəbəkələr və digər resurslar vasitəsilə geniş təbliğat işləri aparmışdı.



Biz dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq bütün həmvətənlərimizi bu işdə fəal iştiraka dəvət edirik. Gəlin, tariximizi unutmayaq, unudulmasına da imkan verməyək. Sizi bizim paylaşdığımız təbliğat materiallarından istifadə etməklə, sosial şəbəkələrdə, mediada və səsimizin duyulduğu hər bir ölkədə təbliğatı gücləndirməyə çağırırıq.

Şərhlər, xəbərlər, bəyənmələr, paylaşmalar, qeydlər və təşviqat üçün aşağıda qeyd olunmuş linklər və #armenianterror #31marchgenocide həştəqlərindən istifadə etməyinizi xahiş olunur:



https://www.facebook.com/armenianterror/ 

https://twitter.com/armenianterror_/ 

https://www.instagram.com/armenian_terror/ 

https://www.youtube.com/channel/UCPw6RiumvfoSK7bNGDwB3Ew/videos


Teqlər:
Bu xəbər cəmi 4515 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR