“Barselona”nın braziliyalı ulduzu Neymarın ikinci dəfə saxta saat taxması haqqında xəbərlər yayılıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Neymarın taxdığı “Riçard Mille” saatı saxtadır.
Klubundan və sponsor müqavilələrindən 30 milyon dollar qazanan ulduz futbolçu 2014- cü ildə Braziliyada keçirilən dünya çempionatı zamanı da eyni ittihamla qarşılaşmışdı. Belə ki, mətbuat konfransında iştirak edən futbolçunun saxta “Riçard Mille” saat taxdığı iddia edilmişdi.
Sadəcə saxta saat taxan məşhur adları izləyən “Fakewatchbusta” instagram hesabı Neymar barəsində sözügedən iddia ilə çıxış edib. Hesab şirkətlə əlaqə quraraq saatın saxta olduğunu da təsbit edib.