Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Piramidalaşan metro stansiyaları…

Piramidalaşan metro stansiyaları…
Zamanında onlar hava hücumundan müdafiə sığınacağı idi


Gündəlik istifadə etdiyimiz metro tək nəqliyyat vasitəsi deyil.  Mütəxəssislər metro stansiyalarını inşa edərkən onları həm də hava hücumundan müdafiə üçün nəzərdə tutublar.  Bəs  bu gün metro stansiyaları sığınacaq kimi istifadəyə yararlıdırmı? Məlumat üçün qeyd edək ki, son təmir işlərinə qədər Bakı metrosunun bir neçə stansiyasına keçid hissələrdə 1-1.5 metr enində dəmir lövhələr var idi. Həmin dəmir lovhələrin arxasında 20-25 santimetr qalınlığında, xüsusi metaldan hazırlanmış dəmir qapılar yerləşirdi. Təhlükəli məqamlarda həmin qapılar bağlanır, insanlar  hava hücumu və ya nüvə təhlükəsindən metro keçidlərinə sığınaraq müdafiə oluna bilərdilər. Artıq bir neçə stansiyanın təmirindən sonra sözügedən dəmir qapılar Bu isə metro stansilayarının nəinki nüvə hətta adi hava hücumlarından müdafiə sığınacağı olması ehtimalını heçə endirib.  Deyilənlərə misal olaraq “İçərişəhər”, “Koroğlu” və “Avtovağzal” metro stansiyalarını göstərmək olar. Pramida şəklində qurulan stansiya girişləri şüşə örtükdən ibarət olduğu üçün onlar nəinki nüvə hücumu, adi hava hücumu zamanı da zədələnə bilir. 


 


Bu gün metronu təkcə nəqliyyat vasitəsi kimi yox, həm də sığınacaq kimi tikməyin nə qədər vacib olduğunu dəqiq demək olmaz. Ancaq təhlükəsizlik nöqteyi-nəzərindən məsələyə qeyri-ciddi yanaşma da doğru deyil. İndiki durum isə söyləməyə əsas verir ki, artıq metronun təhlükəli məqamlarda həm də sığınacaq kimi istifadə olunması məsələsi arxa plana keçib. Hətta plandan tam çıxarılıb da demək olar. 


 


Bakı Metropoliteni mətbuat xitmətinin rəhbəri Nəsimi Paşayev Bizimyol.info-ya bildirib ki, 1957-ci ildə inşa olunan Bakı metrosu zamanında həm də sığınacaq olaraq istifadə edilib. Nüvə hücumuna gəlincə, müsahibimiz dünyada nüvə hücumundan müdafiə sığınacağının olmadığını vurğulayıb. 


 


Bu arada qeyd edək ki, dünyada belə sığınacaqlar var. Dünyada ən böyük nüvə hücumundan müdafiə sığınacaqlarından biri Moskva metrosu sayılır. 


Teqlər:
Bu xəbər cəmi 1905 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR