Xalq artisti, tanınmış diktor Sabir Ələsgərovun vəziyyəti yaxşılaşmağa doğru gedir.
“Qafqazinfo” xəbər verir ki, bunu ans press-ə onun qızı Mehriban Ələsgərova deyib.
“Allaha çox şükür ki, hazırda bir az irəliləyiş var, atamın səhhəti yavaş-yavaş düzəlir. Hələ yanına buraxmırlar. Amma mən oradayam. Arada həkimlə əlaqə saxlayıram".
Mehriban xanım bildirib ki, Sabir Ələsgərovun müalicəsi üçün tələb olunan maddi vəsaitin toplanması üçün sosial şəbəkədə elan verilsə də hələlik heç kim zəng edib maraqlanmayıb.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov isə bildirib ki, qurum tezliklə xalq artistinin müalicəsi ilə maraqlanacaq. Vüqar Şıxməmmədov qeyd edib ki, gün ərzində bu barədə məlumat veriləcək.