Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Təhsil nazirliyi: Mikayıl Cabbarov test sisteminin ləğvi haqqında heç bir söz deməyib

Təhsil nazirliyi: Mikayıl Cabbarov test sisteminin ləğvi haqqında heç bir söz deməyib


Azərbaycan Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov test sisteminin ləğv olunması barədə yayılan məlumatlara aydınlıq gətirib.



Yenimeydan.info Trend-ə istinadən bildirir ki, C.Valehov deyib ki, təhsil naziri Mikayıl Cabbarov ANS-in "Hesabat" verilişinə müsahibəsində test sisteminin ləğvi haqqında heç bir söz deməyib: "Həmin müsahibədə təhsil naziri test sisteminin ləğvi haqqında bircə kəlmə də söz işlətməyib, əksinə müsbət tərəflərini qeyd edib. Sitat: "...Birincisi, bu gün Azərbaycanda keçirilən qəbul imtahanının məzmunu və həmin məzmunun müsbət tərəfləri. İlk növbədə, məzmun və formanı fərqləndirməliyik. Formal olaraq bu, test imtahanı sistemidir. Formal olaraq bu imtahanın əsas üstünlükləri insan faktorundan asılılığın minimal olması, qiymətləndirmə prosesində nəticələrin müəyyən mənada insan faktorundan aslı olmayaraq həyata keçirilməsidir. Bu, Azərbaycan kontekstində böyük üstünlükdür. Bununla da obyektivlik təmin edilir..." Bu cavabdan göründüyü kimi, forma və məzmun tərəflərini fərqləndirməkdən söhbət gedir".



C.Valehov deyib ki, əvvəl-axır təhsil sistemimizdə qiymətləndirmədə yeni məzmun standartlarını ölçmək üçün yeni alətlərin istifadəsinə ehtiyac yaranacaq: "Bu testdirmi? Bəli, test ola bilər. Sadəcə, Mikayıl müəllimin qeyd etdiyi kimi, "uğurlu məzun üçün tələb olunan bir sıra bilik və kompetensiyaları ölçmək qabiliyyətinə malik olan test" olsun. Yəni bu gün xaricdə oxumağa gedən məzunun biliyini "hə" və "yox"larla deyil, yazı-oxu keyfiyyətləri ilə, hər hansı seçim variantları ilə məhdudlaşmayan tənqidi düşüncə tərzi ilə yoxlayırlar. Bu yanaşmanı artıq xarici ölkələrdə çoxdan sınaqdan çıxarırlar. Bizdən xaricə oxumağa gedənlər isə bunu yaxşı bilirlər. Hətta ölkəmizin bir sıra ali məktəblərində bu sınaqlardan keçənlər tələbə adını qazanırlar. Burada söhbət romantik vətənpərvərlikdən getmir, əslində hər iki qurumun - Təhsil Nazirliyinin və TQDK-nın rəhbərlərinin elan etdikləri kimi, tədrisin yeni məzmununu ölçən yeni qiymətləndirmə alətlərindən gedir. Bu gerçəklikdir. Dünyanın ən qiymətli əmtəəsi olan biliyin məzmunu o qədər tez dəyişir ki, onu ölçən vasitə də buna adekvat olmalıdır. Təbii ki, burada qiymətləndirmə prosesində insan amilinin istisna olunması əsas şərtdir".


Teqlər:
Bu xəbər cəmi 2555 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR