Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Arda Turan: “”Azərbaycan” sözünü sinəmiz üstündə gəzdiririk”

Arda Turan: “”Azərbaycan” sözünü sinəmiz üstündə gəzdiririk”

Azərbaycan prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan İspaniyanın “Atletiko” futbol klubunun üzvlərini qəbul edib. "Yenimeydan.info"-nun  “AzərTAc”a istinadən verdiyi məlumata görə, qonaqları salamlayan dövlət başçısı böyük nümayəndə heyətini görməkdən məmnunluğunu bildirib.


 


O, “Atletiko” nun Bakıda vaxtını yaxşı keçirdiyinə əminlik ifadə edib: “Yəqin ki, Azərbaycan haqqında yaxşı məlumatınız var, əsasən də son dövrlərlə bağlı. Klubunuzun Azərbaycanın təqdimatı ilə bağlı gördüyü işlərdən məmnunluğumu bildirmək istərdim. Əlbəttə, bir dəfə görmək, on dəfə eşitməkdən daha yaxşıdır. Səfərinizin qısamüddətli olmasına baxmayaraq, əminəm ki, Azərbaycanı daha yaxından tanımaq və insanlarla daha yaxın ünsiyyət qurmaq üçün imkan tapacaqsınız. Sizin klub dünyada çox tanınır və deyə bilərəm ki, Azərbaycanda çoxlu azarkeşiniz var. Bildiyimə görə, siz burada yerli komanda ilə görüş keçirəcəksiniz. Bu, dostluq görüşü olacaq. Amma ümid edirəm ki, bir gün siz rəsmi matçda görüşəcəksiniz. Ümidvaram ki, bizim klubların şansları və göstərdikləri oyun səviyyəsi artacaq və bir gün sizi Bakıda rəqib qismində qəbul edəcəyik. Amma yenə də düşünürəm ki, əsas olan dostluq münasibətləri və bir-birini tanımaqdır. Əminəm ki, bu səviyyədə əməkdaşlıq sizin ölkəmizi daha yaxından tanımağa, bir çox sahədə daha sıx əlaqələr qurmağa yardım edəcəkdir. Bir daha xoş gəlmişsiniz. Azərbaycanda xoş vaxt keçirməyinizi arzulayıram”.


 


“Atletiko”nun prezidenti Enriko Serezo Prezident İlham Əliyevə nümayəndə heyətini qəbul etdiyinə görə təşəkkür edib.


 


“Atletiko” barədə məlumat verən Serezo son illər böyük inkişaf əldə etdiklərini bildirib və klubun gələcək planlarından danışıb.


 


Prezident İlham Əliyev “Atletiko”nun Azərbaycana gəlməsinin ölkəmizin komandaları ilə əməkdaşlığın genişləndirilməsi baxımından faydalı olacağına əminliyini bildirib və bu səfərin idmançıların ölkəmizi daha da yaxından tanımaları üçün yaxşı imkan yaratdığını vurğulayıb: “Mən çox şadam ki, siz indi Bakıdasınız, ölkəmizlə tanış olursunuz. Ümid edirəm ki, bu təmaslar bundan sonra da davam edəcək”.


 


“Atletiko”nun prezidenti isə Azərbaycanla rəhbərlik etdiyi klub arasındakı əlaqələrin beynəlxalq idman aləmində real əməkdaşlığa çevriləcəyinə əminlik ifadə edib.


 


Dövlət başçısı “Atletiko”nun və ümumilikdə İspaniya futbol komandalarının əldə etdiyi uğurlar münasibətilə təbriklərini çatdırıb. O, Azərbaycanda idman sahəsində görülən işlərdən də danışıb.


 


Daha sonra “Atletiko”nun futbolçusu Arda Turan çıxış edərək, qəbula görə, dövlət başçısına təşəkkür edib: “Biz “Azərbaycan” sözünü sinəmiz üstündə gəzdirdik. İspaniyada Azərbaycanın sponsorluğu ilə oynamaq bizim üçün, bir türk oyunçu olaraq xüsusilə mənim üçün çox böyük şərəfdir. Prezident olaraq ölkəni bu dərəcədə inkişaf etdirdiyiniz, insanlara qayğı göstərdiyiniz, bizi yüksək səmimiyyətlə, xoş münasibətlə qarşıladığınız üçün Sizə çox təşəkkür edirəm. Mən bir türk, bir azərbaycanlı olaraq həqiqətən ev sahibi sayılıram. Ona görə çox şərəf duyuram. Bir daha təşəkkürümü bildirirəm”.


 


Prezident İlham Əliyev isə türkiyəli yarımmüdafiəçiyə minnətdarlıq edib: “Bizim xüsusi münasibətlərimiz, xüsusi duyğularımız var. Bizi birləşdirən həm tarix, həm də bu gün var. Türkiyə - Azərbaycan sözün əsl mənasında iki dost, qardaş ölkədir. Sizin bu komandada iştirakınız bizi sevindirir. Çünki biz Türkiyənin uğurlarını öz uğurlarımız kimi qəbul edirik. Ümidvaram ki, Azərbaycana bundan sonra daha tez-tez gələcəksiniz”.


 


Futbolçular Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim ediblər.


 

Teqlər:
Bu xəbər cəmi 1705 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR