Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

11 sentyabr terroru ilə bağlı yeni fakt

11 sentyabr terroru ilə bağlı yeni fakt
Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində 2001-ci il 11 sentyabrında terrorçular tərəfindən Ümumdünya Ticarət Mərkəzinə çırpılmış təyyarələrdən birinə aid qalıq tapılıb. Qalıq Manhetten rayonunda, terror aktının baş verdiyi yerdən bir neçə məhəllə aralıda tikintidə işləyən fəhlələr tərəfindən tapılıb. Polis qalığın tapıldığı yeri mühasirəyə alıb və digər qalıqların olub-olmadığını araşdırır. Dəmir parçası tapıldıqdan sonra 2 gün ərzində mütəxəssislər onun nə olduğunu müəyyən ediblər. Polis komissarı Rey Kelli jurnalistlərə açıqlamasında bu qalığın təyyarə şassisinə aid olduğunu deyib. "1 metr 52 santimetr uzunluğunda olan dəmir parçası "əkiz-qüllələr"ə istiqamətlənmiş təyyarələrdən birinə məxsus şassinin hissəsidir. Yaxından baxanda görürük ki, onun üzərində "Boeing" şirkətinin nişanı və seriya nömrəsi var. Mütəxəssislərimiz tapıntı yerində insan qalıqlarının da olub-olmadığını araşdıracaq. Bundan sonra təyyarə parçasının həmin yerdən necə götürüləcəyinə qərar veriləcək." - Rey Kelli belə deyib. Qeyd edək ki, şassi parçası tapılarkən iki yaşayış binasının arasındakı 45 santimetr eni olan bir yerdə olub və onun binalardan birinin damından yerə düşdüyü, məhz bu səbəbdən də uzun müddətdir tapılmadığı ehtimal edilir. Xatırladaq ki, 2001-ci ilin 11 sentyabrında "Əl-Qaidə" terrorçuları tərəfindən qaçırılmış sərnişin təyyarələrinin Nyu-Yorkda "Ümumdünya Ticarət Mərkəzi"nin əkiz qüllələrinə və Pentaqona çırpılması, daha birinin isə Pensilvaniya ştatında yerə düşməsi nəticəsində 2976 nəfər həyatını itirmişdi. ABŞ tarixinin ən dəhşətli terror aktını təşkil etməkdə şübhəli bilinən 5 nəfər hələ də Quantanamo həbsxanasında hökm gözləyir. Təşkilatçı Xalid Şeyx Məhəmməd və ona təyyarələrin qaçırılmasında kömək edən digər 4 nəfərə ölüm hökmünün veriləcəyi gözlənilir

Teqlər:
Bu xəbər cəmi 1330 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR