Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Şahbaz Xuduoğlu: ''Korrupsiya ilə mübarizə bir bağça direktorunu tutmaqla olmur'

Şahbaz Xuduoğlu: ''Korrupsiya ilə mübarizə bir bağça direktorunu tutmaqla olmur'


Unutmayın, manatdan öncə dəyərdən düşən bizim insanımız olub!



"Qanun" Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu öz şəxsi facebook hesabında korrupsiya ilə mübarizədəki boşluqlar barədə yazıb. Meydan TV həmin məqaləni olduğu kimi təqdim edir.Korrupsiya ilə mübarizə bir bağça direktorunu tutmaqla olmur. Bağça direktoru, universitet müəllimi, sosial idarə məmuru; bunları həbs etmək korrupsiya ilə mübarizə aparmaq deyil, qardaşım. Bilirsiz korrupsiya ilə mübarizə aparmaq nə deməkdir?Məncə bilirsiz, amma təkrar edirəm. Bizdə bir Nazirin ən yüksək maaşı 2500 manatdır. O nazirlərin hər birinin özəl təyyarəsi var, yalnız özlərinin yox, övladlarının da. Korrupsiya ilə mübarizə o təyyarələri satıb pulunu büdcəyə yatırmaq deməkdir. Bir Nazir 10 illik fəaliyyəti dövründə ölkədən 21 milyard pul oğurlayıb, hələ cinayətkar dəstələrinin, özünün həbsxanalarının da üstü açıldı. Azərbaycanda 15-20 illik nazirlər var, şübhəsiz bəziləri daha çox oğurlayıblar! Korrupsiya ilə mübarizə onların fəaliyyətini təftiş etmək, oğurladıqları xalıqın malını xalqa qaytarmaq deməkdir. Ölkəyə gələn və ölkədən çıxan bütün mallar məmurların nəzarətində. Arxası yüksək vəzifəli məmura bağlı olmayan bir iş adamı yoxdur, istər əcnəbi, istərsə yerli olsun. Ərzaq, tikinti, gündəlik tələbat malları, hamısı monopoliyadadır. Yüksək vəzifəli şəxslərin varlanması təbii hala çevrilib. Korrupsiya ilə mübarizə yüksək vəzifəli şəxslərdən deklarasiya tələb etməkdir.İstənilən bir göydələnin qarşısında dayanın gerçək sahibini tələb edin, altından bir nazir çıxacaq. Korrupsiya ilə mübarizə biznes fəaliyyəti ilə əlaqəli olan bütün vəzifəlilərin, vicdanlı, gənc, işləmək həvəsi olan, məmur təfəkkürü olan yeni bir komanda ilə əvəzlənməsidir. Məhkəmə zalında hakim kreslosunda oturub çəkişənləri dinləmək əvəzinə telefonla öz biznesini yürüdən, hakimiyyətin üçüncü qolunu təmsil edən saxta, vicdanını itirmiş hakimlərdən imtina etmək lazımdır.Süni formada şişirdilmiş nazirlik və komitələrin sayı minimuma endirilməlidir. Bütün nazirliklər hüquq-mühafizə orqanı kimi silahlandırılıb. Günlərin bir günü bu bomba partlasa bütün ölkə alışacaq. Dövlət aparatında çalışmağı stimullaşdırmayın, bizə düşüncəsiz, sabahı görmək istəməyən, yalnız qarını düşünən kölə məmur ordusu lazım deyil. Korrupsiya ilə mübarizə süni vəzifələr yaradıb satmaqdan imtina etməkdir!Mühiti dəyişin, insanlar sərbəst hərəkət etsinlər, maneəsiz biznes yaratsınlar, nəhayət öz insanımıza dəyər verin, o zaman manatın dəyəri qayıdacaq.Unutmayın, manatdan öncə dəyərdən düşən bizim insanımız olub!


Teqlər:
Bu xəbər cəmi 2450 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR