Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

MİSİR MƏRDANOVUN KADRLARI YENİ NAZİRƏ YOL AXTARIR

MİSİR MƏRDANOVUN KADRLARI YENİ NAZİRƏ YOL AXTARIR
Təhsil naziri Misir Mərdanovu vəzifəsindən azad edildikdən sonra köhnə nazirin kadrları vəzifələrində qalmaq üçün bütün imkanların səfərbərliyə alıblar. Bu barədə TİA.AZ-a məlumat verən etibarlı mənbə bildirir ki, Mikayıl Cabbarovla qalaraq işləmək istəyən bir neçə köhnə kadr ona yol axtarırlar. Mənbənin bildirdiyinə görə, həmin şəxslərdən biri Təhsil Nazirliyi Aparatının rəhbəri İlham Pirverdiyevdir. Bu şəxsin adı bir sıra qalmaqallı məsələlərdə hallanıb. Xüsusən də tələbə köçürmələri işlərində «məşhuri cahan» olan Pirməmmədov Mikayıl Cabbarovla da işləmək fikrindədir. İkinci şəxs isə Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayevdir. TİA.AZ-a verilən məlumata görə, bu şəxsin adı bir sıra qalmaqallı məsələlərdə hallanıb. Xüsusən də ali məktəblərdəki durumla əlaqədar İlham Mustafayev dəfələrlə hədəfə gəlib. Həmçinin onun texnikumlarda da bəzi «əməliyyatlar» həyata keçirdiyinə dair iddialar var. Mikayıl Cabbarovun komandasında təmsil olunmaq üçün çalışanlardan daha biri isə Təhsil Nazirliyinin şöbə müdiri Təranə Hacıyevadır. Bu yaxınlarda TQDK ilə aralarında yaranmış plagiat dərslik məsələsinə görə, adı mətbuatda hallanan Hacıyeva Misir Mərdanovun ən sədaqətli kadrlarından biri hesab olunur. Qeyd edək ki, onun “Pedaqoji testlərin nəzəriyyə və praktikasına giriş” adlı dərsliyinin məhz keçmiş nazir tərəfindən dərs vəsati kimi sırınması TQDK-nın qəzəblənməsinə səbəb olmuşdu. Komissiya bununla bağlı bildirmişdi ki, bu dərslik deyil, monoqrafiyadır, metodiki vəsaitdir. «Onun tamamilə plagiat olduğu ictimaiyyətə məlum oldu, bizə isə çoxdan məlum idi». Eyni zamanda Təranə Hacıyevanın Valideyn Assosasiyaları Şurasının əliylə bir sıra maxinasiyalara yol verdiyinə dair də iddialar mövcuddur. Bununla bağlı maraqlı araşdırmalarımız isə yaxın vaxtlarda oxuculara təqdim olunacaq. Qeyd edək ki, adları çəkilən hər üç şəxs Misir Mərdanovun ən sadiq adamları hesab olunurlar. Onlar isə Mikayıl Cabbarovla işləmək üçün nə edəcəklərini bilmirlər. Hətta bununla bağlı maraqlı və qəribə məlumatlar da var ki, onları dəqiqləşdirməklə məşğuluq.

Teqlər:
Bu xəbər cəmi 1705 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR