Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Ayrımla kürd

Ayrımla kürd
Murad Köhnəqala yazır...


Layihə-"Başıma gələnlər"



Bir vaxtlar yazıçı dostum-qardaşım Şərif Ağayarla bir-birimizə təzə eşitdiyimiz lətifələrdən danışardıq. O, kürdlər haqda, mən də ayrımlar haqda təzə bir şey eşidən kimi zəngləşib görüşür, deyib-gülürdük.



Bir dəfə mən bir ləzzətlisini eşitdim və bunu Şərifə danışmağa tələsdim. Zəngləşib görüşdük. Şərif dedi, sən danış, biri də mənim yadıma düşüb, onu da mən danışacağam.



Demək, ayrımların yaylaq vaxtları olur. Yekə külfəti olan bir ayrım kişisi də böyük oğlunu təzəcə evləndiribmiş. Yaylaqda kişinin uşaqları mal-qara işlərinə gedər, çöl işləri ilə məşğul olar, təzə gəlin isə onlara yemək hazırlayarmış. Günorta vaxtı hamısı dəyənin yanına gələr, gəlinin bişirdiyindən qarınlarını doyurarmışlar.



Bir gün kişi günorta yeməyinə bir az gec gələsi olur. Fikirləşir ki, uşaqların əlindən indiyə yemək qalmaz, burda gecikənə yemək yoxdu. Ona görə çox ehtiyatla gəlindən soruşur ki, yeməyə bir şey qalıbmı? Gəlin deyir, əlbəttə, yaxşı dovğa var. Kişi sevinərək daşın üstündə oturub deyir, bıy günün ağ olsun, a qızım, gətir görüm.



Gəlin həmən gedib bir qab dovğa ilə qayıdır. Dovğa kişiyə ləzzət eləyir, qabın dibini də başına çəkəndən sonra soruşur ki, a bala, orda yenə qalıbmı? Gəlin deyir, var, istəyirsən bir qab da gətirim. Kişi sevinərək deyir, gətir a qızım, səni min budaq olasan! Gəlin qayınatasının qabağına yenə bir qab dovğa qoyur. Kişi yeyib qurtardıqdan sonra təzədən soruşur ki, a bala, bəlkə orda yenə qalıb? Gəlin deyir, var yenə, istəyirsən bir qab da gətirim. Kişi əlini əlinə sürtüb deyir, tanrı köməyin olsun, a bala, varsa gətir. Nə isə, kişi üçüncü dovğanı yeyəndən sonra gəlindən soruşur ki, a günü ağ olmuş, külfətin əlindən nə yaxşı yemək qalmışdı? Gəlin deyir, yeməyə hamı gəlmişdi, dovğa qazanına siçan düşdüyünə görə yeməmiş getdilər. Gəlinin sözlərindən qayınatanın beyni qıjıldayır.



"Səni mənim ojağıma calayanın..." deyə söyüb qarşısındakı dovğa qabını gəlinin arxasınca fələzləyir. Kişinin əsəbiləşdiyini duyan gəlin qaçıb dəyənin arxasında gizlənir. Qab dəyənin yanından vızıldayıb keçəndən sonra gəlin başını dəyənin arxasından çıxarıb belə deyir: "A kişi, yimersən-yimersən, bə itin yal qabını niyə qırersan?"



Lətifəyə xeyli gülüşəndən sonra Şərifdən soruşdum ki, sən canın, ağlın nə kəsir, bu ayrım əhvalatıdı, yoxsa kürd? Şərif dedi, əə, ikisi də eyni şeydi, dana! Bə, eşitməmisənmi, deyir, kürdnən ayrım eyni şeydi, eləcə ortasından araba təkəri keçib. Biz təzədən xeyli gülüşdük. Şərif dedi, dayan, mən də bir kürd anekdotu danışım.



Demək, Almaniyanın hansı şəhərindəsə gənc bir royal çalan solo-konsert verir. Bu gənc oğlan o qədər gözəl ifa eləyir ki, hər dəfə onu ayaq üstə alqışlayırlar. Nə isə, konsert anşlaqla başa çatır. Bu zaman tamaşaçılardan biri qaçıb royal çalanı kulis arxasında qucaqlayaraq belə deyir: "Halal olsun sənə, a kürd qardaş!"



Royal çalan təəccüblənir: "Əmoğlu, kürd olduğumu hardan bildin?" Tamaşaçı qayıdır ki: "Əə, sən ki, başlayanda stolu royalın yaxınına qoymaq əvəzinə oturub royalı öz yanına dartdın haa, onda bildim kürdsən!"



Nə isə, bir xeyli də bu söhbətə güldük. Dedim, Şərif, yekə kişisən, niyə goplayırsan, royal hara, kürd hara? Ayrımla kürdünkü sazdı! Şərif dedi, qətiyyən ola bilməz, o dəqiq kürd olub, üz vurma, aşağı yeri yoxdu.



Nə isə, bu əhvalatdan bir neçə gün keçmiş, Şərif, mən, Mövlud Mövlud, bir də Rövşən Naziroğlu "Neftçilər"də xəngəllədikdən sonra metroda gəlirdik. Vaqonda basabas olmasına baxmayaraq Şərif deyib-gülməyindən qalmırdı. Birdən üzünü Rövşənlə Mövluda tutub dedi, sizə təzə bir kürd anekdotu danışacam. Sonra həmin royal çalanın əhvalatını danışdı. Qatar növbəti stansiyada dayananda bir gənc qonşu vaqondan çıxıb qaça-qaça bizim vaqona girdi və adamların arası ilə birtəhər adlayıb yanımıza gəldi. Çatan kimi əlini Şərifin kürəyinə vurub dedi: "Halal olsun, a kürd qardaş, əla anekdot idi!" Şərif təəccüblə ondan soruşdu: "Ayə, mənim kürd olduğumu hardan bildin?" Oğlan gülüb: "Əmoğlu, nətəri bilməyim, səsin qonşu vaqonda da eşidilirdi, gülməkdən ölmüşəm!" - dedi.../Kulis.az/


Teqlər:
Bu xəbər cəmi 3150 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR